Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. Müsahibənin tam mətnini təqdim edirik.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Müxbir: Sabahınız xeyir, cənab Prezident, necəsiniz?

Prezident İlham Əliyev: Təşəkkür edirəm, yaxşıyam. Sizi yenidən görməyimə şadam.

- Mən də Sizi görməyimə şadam. Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?

- Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq.

- Aydındır. Bakı azad olunmuş ərazilərə sərmayə qoyacaqmı?

- Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.

Hazırda biz avtomobil və dəmir yolları inşa edirik. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.

- İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?

- İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.

- Bildiyiniz kimi, Avropada qazın qiymətində ciddi artım var. Trans-Adriatik qaz kəmərinin qiymətin müəyyən dərəcədə aşağı səviyyədə saxlanılmasında rolu ola bilər. Həmin boru xətti ilə bağlı hansı yeni imkanlar var?

- Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü - dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq.

- Gəlin, Əfqanıstan haqqında danışaq. Siz Taliban hökumətini tanımağa hazırsınızmı?

- Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq.

- Avropanın Cənubi Qafqazda daha geniş iştirakı müsbət hal ola bilərmi?

- Hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.

Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik.

- İranla bağlı nələr baş verir?

- Ümumilikdə? Yoxsa ikitərəfli münasibətlərimizi nəzərdə tutursunuz?

- Bəli. Müəyyən narahatlıq, müəyyən problemlər var. Bununla bağlı nə etməyi planlaşdırırsınız? Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan onlar o qədər də məmnun deyillər. Belədirmi?

- Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.

Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.

- Sağ olun. Yalnız sonuncu sual. Üzr istəyirəm, “Pandora sənədləri”ni Sizdən soruşmaya bilmərəm. Bildiyiniz kimi, adınız orada çıxıb. Siz müdafiə olaraq “Pandora sənədləri” haqqında nə deyərdiniz?

- Bilirsiniz, bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.

Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.

Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.

- Cənab Prezident, çox sağ olun. Ümid edirəm, Sizinlə bir gün Bakıda görüşəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan U-16 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Super Kubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: Naxçıvan Dövlət Universitetində yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

“Gəncə” yerli basketbolçu transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner

Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb

Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

Baş prokuror Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Ekspert: Azərbaycanda kənar dövlət maliyyə nəzarəti rəqəmsallaşdırılır

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

Onqat Avropa çempionu: İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi - MÜSAHİBƏ

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

® “Bir”in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında elmi əməkdaşlığın perspektivləri müəyyənləşdirilib

Naxçıvan Cənubi Qafqazın gələcək regional inkişafı baxımından mühüm rol oynaya bilər

İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyə olunub

“Latsio” İtaliya Kubokunda ilk mərhələdə mübarizəni dayandırıb

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb

Bakıda axşam konsertləri davam edir VİDEO

Bakıda axşam konsertləri davam edir VİDEO

MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib

DİM: İxtisas seçimi ərizəsini təsdiqləyənlərin sayı 59 minə çatır

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

Üçüncü ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazananların sayı açıqlanıb

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

Portuqaliya millisinin baş məşqçisi: Azərbaycan voleybol yığmasının hücum potensialı yüksəkdir – EKSKLÜZİV

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-offda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar