PREZİDENT İLHAM ƏLİYEV: MƏN ÇALIŞACAĞAM Kİ, TOVUZLULAR DAHA YAXŞI YAŞASINLAR
Dövlətimizin başçısı burada da çox böyük məhəbbətlə qarşılandı. Prezident İlham Əliyev tovuzlularla səmimiyyətlə görüşdü, Qurtuluş günü münasibətilə sakinləri təbrik etdi, onların problemləri ilə maraqlandı. Azərbaycan Prezidenti Tovuz rayonunun perspektivlərindən söhbət açaraq bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi burada da insanların həyat səviyyəsinin yüksəldilməsi üçün yeni imkanlar açacaqdır.
X X X
Sonra şəhər parkında sakinlər ilə görüş oldu. Respublikamızın rəhbəri görüşdə çıxış etdi.