PREZİDENT İLHAM ƏLİYEV YAPONİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR
İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Yaponiya xarici işlər nazirinin müavini Mitodzi Yabunakanı qəbul etmişdir.
GUAM-ın Bakıda keçirilən zirvə görüşündə Yaponiyanın iştirakından məmnun qaldığını söyləyən diplomat bu beynəlxalq foruma dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Yaponiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Yaponiya arasında fəal inkişaf edən əlaqələrdən danışaraq, ikitərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, GUAM-ın zirvə görüşündə Yaponiyanın iştirakı Azərbaycan-Yaponiya əməkdaşlığı imkanlarını genişləndirməyə imkan verəcəkdir.