Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Bakı, 23 fevral, AZƏRTAC 

Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Prezident İlham Əliyevin son 15 ildə apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur.

Ölkə başçısının şəhid ailələri ilə görüşündən...

Bu il yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşündə dövlətimizin başçısı şəhid ailələrinə qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini bəyan edib: “Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin.

Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.

Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”.

Sosial rifahın yaxşılaşdırılması istiqamətində atılan addımlar

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verir.

Ölkə başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. İlk olaraq 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Yanvarın 28-də ölkə başçısının imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb. Onlardan 3 min 758 şəhid üzrə 5 min 144 vərəsəyə həmin ödənişlər verilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq.

Prezident İlham Əliyevin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin, onların rifah halının yaxşılaşdırılmasının dövlət başçısının uğurlu sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə yeni ev və ya mənzillə təmin edilən məcburi köçkünlərin sayı artmaqdadır. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkcə keçən il 5800 məcburi köçkünə mənzillər, fərdi evlər verilib. Bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Bu günə qədər isə 300 min məcburi köçkün yeni evlərlə təmin edilib.

Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onların xalqımız qarşısında böyük xidmətləri olduğunu, dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyini və həmin kateqoriyalardan olanlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini vurğulayıb. Qeyd olunub ki, təkcə son altı ayda onların mənzillərlə təmin edilməsi üçün 75 milyon manat vəsait ayrılıb. Ötən il 626 ailə mənzillə təmin edilib, bu il daha 800-dən artıq ailə mənzillərə sahib olacaq. Həmin təbəqədən olanlara ötən il 250 avtomobil verilib, bu il daha 170-180 nəfər avtomobillə təmin ediləcək. I, II və III qrup Qarabağ və Çernobıl əlilləri müvafiq olaraq hər ay 182, 158 və 121 manat məbləğində müavinət alırlar. Milli qəhrəmanlara verilən müavinətlər 1500 manata çatdırılıb, onların övladlarının ödənişsiz təhsil almaq hüququ var.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində ötən il özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-sinin biznes planlarını uğurla müdafiə etdiyi qeyd olunub. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur.

Məqalədə qeyd edilir ki, ötən il bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub. Onların 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib.

Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha 8000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.

Bundan başqa, ölkəmizdə martın 1-dən etibarən minimum əməkhaqqının məbləği 180, minimum əmək pensiyasının məbləği isə 160 manat müəyyən edilib. Əməkhaqqı artımı 600 min, pensiya artımı isə 233 min nəfəri əhatə edəcək. Həm əməkhaqqının, həm də pensiyaların artımı daha çox aztəminatlı ailələrə təsir edəcək.

Ölkə başçısı fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb. Fərmana əsasən aylıq təqaüdün məbləği martın 1-dən 300 manat müəyyən edilib.

Şəhid ailələrinə göstərilən qayğı vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur

1994-cü il mayın 6-da Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Etibar Bayram oğlu Xəlilovun həyat yoldaşı Yeganə Alıyeva AZƏRTAC-a müsahibəsində ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib. Şəhid hərbi qulluqçunun həyat yoldaşı yanvarın 28-də Prezident İlham Əliyevin bütün şəhid hərbi qulluqçuların ailələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi və onlara verilən aylıq müavinətlərin qaldırılması barədə fərmanlarının bunun daha bir ifadəsi olduğunu söyləyib.

O, həmçinin deyib: “Prezidentin şəhid ailələrinin problemlərinin diqqət mərkəzində saxlanılması, ilk növbədə, böyük humanistlik və sosial ədalət nümunəsidir. Digər tərəfdən həmin təbəqədən olanlara böyük maddi və mənəvi dəstəkdir. Öz ölümləri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizə tarixi yazan şəhidlərə olan bu hörmət və ehtiram hərbi-vətənpərvərlik hisslərinin güclənməsinə, gənclər və yeniyetmələr arasında yurd sevgisinin artmasına səbəb olur”.

Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının ötən il imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

Həyata keçirilən islahatlar, imzalanan qanun, fərman və sərəncamlar ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlillərinin dövlətin daimi qayğısı ilə əhatə olunduğunu göstərir. Eyni zamanda, cari ildə əməkhaqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə dövlətin və dövlət başçısının xüsusi qayğısının, əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı və təsirli tədbirlərin görüldüyünün əyani təzahürüdür.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib