Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
Roma, 20 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın bütün nüfuzlu xəbər qaynaqları, televiziyaları və yerli mətbuatı səfərin gedişatını diqqətlə izləyir. Bildirilir ki, Prezident İlham Əliyevin səfəri, İtaliya rəsmiləri ilə keçiriləcək görüşlər ölkələrimiz arasındakı münasibətləri yeni mərhələyə çıxaracaq.
Azərbaycanın dövlət başçısının səfəri çərçivəsində fevralın 21-də İtaliya-Azərbaycan Biznes Forumu da baş tutacaq. Bu tədbirin iqtisadi tərəfdaşlığa ciddi impuls verəcəyi qeyd olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma