Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq

Bakı, 23 dekabr, AZƏRTAC

Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi, ölkəmizin inkişafının və yeniləşməsinin əsasını təşkil edən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan son 17 il ərzində dünyanın ən çox uğurlu islahatlar həyata keçirən ölkələrindən birinə çevrilib, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib və dövlətin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat deyib ki, dövlət başçımızın həyata keçirdiyi siyasətin başlıca hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılmasından ibarətdir. Məhz bu siyasətin əzm və böyük iradə ilə həyata keçirilməsi sayəsində müxtəlif beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan ən uğurlu islahat keçirən dövlətlərdən biri kimi qeyd olunur. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın inkişaf dinamikasını daha da yüksəldir, ölkəmiz əmin addımlarla irəliləyir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etdirilməsi çağdaş dünyanın tələb və şərtlərinə cavab verən müasir iqtisadi sistemin yaradılmasına, eləcə də müasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılmasına xidmət edir. Modern cəmiyyət quruculuğu, həyatımızın bütün sahələrini əhatə edən dərin islahatların həyata keçirilməsi, infrastruktur layihələrin çevik icra olunması və sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi nəticəsində şəhər və kəndlərimizin görünüşü əsaslı şəkildə dəyişib. Cəsarətlə demək olar ki, Azərbaycanın siması dəyişib və xalqın sosial rifahı təmin edilib. Prezident İlham Əliyevin prinsipial mövqeyi sayəsində bu gün dünyanın ən uğurlu dövlətlərindən biri kimi qəbul olunan Azərbaycanın işıqlı gələcəyinə olan inam beynəlxalq birlikdə bizə çoxlu tərəfdaşlar qazandırıb.

Ağalar Vəliyev vurğulayıb ki, bu gün dövlət başçımız İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycana dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazandırıb. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Bu ölkəmizin mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığa və təhlükəsizliyə verdiyi əhəmiyyətli töhfələrdən danışarkən ölkəmizin iqtisadi baxımdan regionda həlledici rola malik olduğunu da xüsusi qeyd etmək lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan müstəqil xarici siyasət ölkəmizi beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevrilib.

Deputat söyləyib ki, Prezident İlham Əliyevin daxili siyasətində humanizm prinsipləri, insan amilinin aliliyi, xalq - iqtidar birliyi və cəmiyyətdə multikulturalizm ənənələrinin inkişaf etdirilməsi vacib yer tutur. Məqsədyönlü siyasətin həyata keçirilməsi “güclü dövlət ” konsepsiyasını gerçəkliyə çevirib. İnamla demək lazımdır ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan xalqının maraqlarını ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi liderdir.

Milli Məclisin üzvü bildirib ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, regionda baş verən hadisələri dəqiq qiymətləndirir. Təsadüfi deyil ki, oktyabr ayının 9-da xalqa müraciətində o demişdi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır”. Bu inamın nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və işğalçı ölkə kapitulyasiya aktına imza atmağa məcbur edildi. Xalqımız Ulu öndər Heydər Əliyevin arzu etdiyi qələbə sevincini dadmış oldu. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi hələ də çoxlarımıza yuxu kimi gəlir. Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan zəfərlə milli dövlətçilik tariximizdə parlaq səhifə yazdı və böyük dövlət xadimi zirvəsinə yüksəldi. Ali Baş Komandan ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider kimi adını tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq dastanını yaratdı və Vətən müharibəsinin qəhrəmanına çevrildi. Torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması ilə başa çatan Vətən müharibəsi bir daha sübut etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.

Ağalar Vəliyev qeyd edib ki, İlham Əliyev sözün bütün mənalarında xoşbəxt dövlət başçısı və siyasi xadimdir. Onun həyata keçirdiyi və xalqının mənafeyini hər şeydən üstün tutan siyasəti insanlar tərəfindən yüksək qiymətləndirilir, rəğbət hissi ilə qarşılanır. Vətəndaşlarımızın öz liderinə böyük hörməti və etimadı var. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan XXI əsrdə ən uğurlu gənc dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Siyasətçinin xoşbəxtliyi hər şeydən öncə onun əməli fəaliyyətinin uğur qazanması ilə ölçülür. Qarşıda bizi işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq işləri gözləyir. Prezident İlham Əliyev zaman etibarı ilə dövlətimizə nə qədər çox rəhbərlik edəcəksə, Azərbaycan bu rəhbərlikdən o qədər çox faydalanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib