Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu məqsədlərə növbəti dəfə nail oldu

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu məqsədlərə növbəti dəfə nail oldu

Bakı, 27 noyabr, AZƏRTAC

Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Soçi görüşündə Azərbaycan 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların bütünlüklə icra olunması işində üzərinə götürdüyü öhdəliklərə sadiq olaraq indiyə qədər maksimum məsuliyyət və sistemli yanaşma ortaya qoyduğunu bir daha nümayiş etdirdi. Ötən bir il ərzində Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman sülh çağırışları edib, bu amili bütün beynəlxalq kürsülərdən həm Ermənistanın, həm də bütün dünyanın diqqətinə çatdırıb. Soçidə Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səylərinin, bu prosesdə müsbət rolunun və töhfələrinin yüksək qiymətləndirilməsi bir daha sübut edir ki, təmaslara da, danışıqlara da hər zaman açıq olmuşuq. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, bütövlükdə Soçi görüşünün nəticələri müsbətdir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib: “Görüşün ən müsbət tərəfi odur ki, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Bu məsələ ilə bağlı xüsusi diqqətçəkən məqam odur ki, Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətdi. Bu fakt birmənalı şəkildə ona dəlalət edir ki, Zəngəzur dəhlizi layihəsi Rusiya tərəfindən də dəstəklənir. Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin işlənməsi üçün yaradılan format Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur ki, onun da indiyə qədər bir neçə iclası keçirilib.

Bəyanatda digər önəmli məqamlar ondan ibarətdir ki, burada “Qarabağ” sözü yoxdur və yekun sənəddə Ermənistanın hər zaman iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmayıb. Bu amillər, heç şübhəsiz, Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin daha bir təzahür formasıdır. Görüşdən əvvəl də konkret nəticəsini gözlədiyimiz əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi ki, Rusiyanın məşvərətçiliyi ilə bu işlə bağlı çağırış edildi. Putin bildirdi ki, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlindi. Dövlətimizin başçısı da bir daha diqqətə çatdırdı ki, Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazır olduğunu dəfələrlə açıq şəkildə bildirib. Azərbaycan hər zaman mənfi tendensiyalardan uzaq olaraq humanist mövqe sərgiləyib. Ötən ildən bu günə qədər 100-dən çox erməni hərbi qulluqçu, bu il noyabrın 26-da isə bir nəfər Ermənistan tərəfə verilib. Bununla da Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması işinə olduqca mühüm töhfə verir”.

Ş.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri həm də Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin önəmli istiqamətlərinin müzakirəsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan-Rusiya əlaqələri strateji xarakter daşıyır. Bu məsələdə həm Prezident İlham Əliyevin, həm də Vladimir Putinin qarşılıqlı olaraq müsbət rolu və töhfələri vurğulanmalıdır. Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir. Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin Humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir və bu ölkə tərəfindən respublika iqtisadiyyatına 4,5 milyard birbaşa investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var. Bu baxımdan, sadəcə, siyasi sahədə deyil, iqtisadi sferada da ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Azərbaycanda Rusiyanın 900 müəssisəsi fəaliyyət göstərir. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib. Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə verir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar.

Politoloq diqqətə çatdırıb ki, indiki mərhələdə Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edən 7 yol xəritəsi icra olunur. Təhsil sahəsində də iki ölkə arasında qurulan körpü uğurludur. Belə ki, Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada isə azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Görüşdən yayılan görüntülərdə Vladimir Putinin Prezident İlham Əliyevi səmimi salamlaması səfərin ən diqqət çəkən məqamı hesab oluna bilər ki, bu amil də prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

44 günlük müharibədən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından keçən zaman ərzində baş verən kiçik insidentlərin sistem xarakteri daşımadığını nəzərə alsaq, indiyə qədər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan toqquşmalar, risklərə nəzarət etmək, onları minimuma endirmək və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, habelə üçtərəfli formatda müzakirəsini zəruri edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır