PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Tehran, 10 mart (AZƏRTAC). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və İranın dövlət bayraqlarının asıldığı Prezident sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran əsgərlərini salamladı.
İranın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İran Prezidentinə təqdim olundular.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




