Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin fikirləri Türk Dövlətləri Təşkilatı üçün ciddi şəkildə dəyərləndirilməli olan strateji çağırışlardır – ŞƏRH

Prezidentin fikirləri Türk Dövlətləri Təşkilatı üçün ciddi şəkildə dəyərləndirilməli olan strateji çağırışlardır –  ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə növbəti dəfə təkcə Azərbaycan deyil, bütövlükdə region, Türk dünyası və ümumilikdə beynəlxalq ictimaiyyət üçün son dərəcə mühüm mesajlar səsləndirib. Bu mesajların arasında, xüsusilə, Türk dünyasının birliyi ilə bağlı irəli sürülən tezislər diqqət çəkir.

Bu barədə AZƏRTAC-a siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində son dərəcə təşəbbüskar və aparıcı rol oynayır. Dövlətimizin başçısının Qəbələdə keçirilmiş görüşə və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısına xüsusi diqqət ayırması onu göstərir ki, Azərbaycan artıq Türk dünyasında ideya və təşəbbüs mərkəzi kimi çıxış edir: “Məhz qeyri-rəsmi zirvə görüşləri ənənəsinin Azərbaycanın təşəbbüsü ilə formalaşması bu baxımdan mühüm siyasi göstəricidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəm müəyyən edən, təşəbbüslər irəli sürən və bu təşəbbüslərin reallaşmasında ciddi rol oynayan ölkədir. Bu mənada Azərbaycan artıq prosesləri formalaşdıran dövlət kimi xarakterizə oluna bilər”.

Siyasi şərhçi vurğulayıb ki, Prezident müsahibəsində mövcud qlobal reallıqlara da olduqca dəqiq və realist qiymət verib. “Bu gün dünyada baş verən hadisələr onu göstərir ki, beynəlxalq hüquq faktiki olaraq işlək mexanizm kimi öz əhəmiyyətini itirib. Əgər mövcuddursa, daha çox kağız üzərində qalır. Reallıq ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində güc amili hüquqdan üstün mövqedə dayanır. Belə bir şəraitdə isə təkbaşına çıxış etmək səmərəli deyil. Gücün formalaşdırılması üçün müttəfiqlərin olması, qarşılıqlı dəstək mexanizmlərinin qurulması həlledici əhəmiyyət daşıyır. Yalnız birgə formalaşdırılan güc vasitəsilə ədalətin və maraqların qorunması mümkün olur. Prezident İlham Əliyevin vurğuladığı bu yanaşma bugünkü qlobal siyasi reallığın obyektiv təsviridir”, - deyə o diqqətə çatdırıb.

Mübariz Göyüşlü qeyd edib ki, bu kontekstdə məsələ Türk Dövlətləri Təşkilatına tətbiq olunduqda, artıq inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçməsi zərurəti ortaya çıxır: “Prezidentin birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı irəli sürdüyü təklif bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs, ilk növbədə, Türk dünyasına və beynəlxalq ictimaiyyətə simvolik, eyni zamanda, strateji mesajdır: Türk dövlətləri yalnız mədəni, iqtisadi və siyasi sahələrdə deyil, təhlükəsizlik məsələlərində də birgə mövqe nümayiş etdirmək potensialına malikdirlər. Digər tərəfdən, bu, real təhlükəsizlik çağırışları fonunda qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsinə hazırlıq mesajıdır. Bu təklifin hərbi blokun yaradılması anlamına gəlmədiyini də xüsusi vurğulamaq lazımdır. Məsələ hazırkı mərhələdə yalnız birgə hərbi təlimlərin vacibliyinin önə çəkilməsidir. Lakin əməkdaşlığın bu templə və perspektivlə davam etməsi gələcəkdə daha dərin təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını da istisna etmir”.

Siyasi şərhçi xatırladıb ki, hazırda Azərbaycan, xüsusilə, Türkiyə ilə Şuşa Bəyannaməsi və digər mühüm sənədlər əsasında rəsmi müttəfiqlik münasibətlərinə malikdir. Bu münasibətlər siyasi, diplomatik, hərbi, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrini əhatə edən yüksəksəviyyəli strateji tərəfdaşlıq modelidir. “Hesab etmək olar ki, bu modelin türk dövlətləri səviyyəsində, ikitərəfli və çoxtərəfli formatlarda tətbiq edilməsinin zamanı artıq çatıb. İqtisadi, enerji və nəqliyyat sahələrində mövcud əməkdaşlıq təhlükəsizlik müstəvisində də tamamlanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatı üçün ciddi şəkildə dəyərləndirilməli olan strateji çağırışlardır. Çünki türk dövlətlərini oxşar təhlükə və təhdidlər əhatə edir və bu təhlükələrdən çıxış yolu yalnız birgə, qarşılıqlı və koordinasiyalı əməkdaşlıqdan keçir. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi bu töhfə öz mahiyyətində ədalətə, məsuliyyətə, sülhə və sabitliyə xidmət edir”, - deyə Mübariz Göyüşlü diqqətə çatdırıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib