PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Telefon söhbəti zamanı dövlətimizin başçısı Gürcüstan Prezidentinin oğlunun dünyaya gəlməsi münasibəti ilə təbrik etmişdir. O, eyni zamanda, Prezident Saakaşviliyə qarşıdan gələn doğum günü ilə əlaqədar təbriklərini də ifadə etmişdir.
Gürcüstanın dövlət başçısı təbriklərə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirmiş, öz növbəsində, Prezident İlham Əliyevi qarşıdan gələn doğum günü münasibətilə təbrik etmişdir.
Dövlət başçıları Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafının hazırkı səviyyəsindən məmnun olduqlarını vurğulamışlar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir. –0-RC