Prezidentin Mətbuat Xidmətinin məlumatı
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Nursultan Nazarbayevi seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə Prezident seçilməsi münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Nursultan Nazarbayev təbrikə və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]