Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin müsahibəsi Azərbaycanın gələcək inkişafının strateji yol xəritəsidir - Mehriban Vəliyeva

Prezidentin müsahibəsi Azərbaycanın gələcək inkişafının strateji yol xəritəsidir - Mehriban Vəliyeva


Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi illik müsahibə bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, qlobal siyasi və iqtisadi proseslərdə də mövqeyini möhkəmləndirən, sözün həqiqi mənasında müstəqil siyasət yürüdən güclü dövlətdir. Bu müsahibə ilin yekunlarına sadə hesabat olmaqdan daha çox, Azərbaycanın bu gününü və gələcəyini əks etdirən strateji yol xəritəsi kimi dəyərləndirilə bilər. Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərdir. Prezident İlham Əliyevin açıq şəkildə ifadə etdiyi kimi, təəssüf ki, bu gün beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir, dünya siyasətində ədalət yox, güc amili həlledici rol oynayır. Azərbaycanın son illərdə apardığı siyasət isə məhz bu reallıqları düzgün qiymətləndirməyə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən beş il sonra beynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi Azərbaycanın haqq və ədalətə söykənən mübarizəsinin qələbəsidir: “Bu Qələbə təkcə hərbi yox, eyni zamanda siyasi, diplomatik və psixoloji baxımdan da qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olub. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, 2025-ci il Azərbaycan-Amerika münasibətləri baxımından tarixi il sayıla bilər. Strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Uzun illər ərzində Azərbaycana qarşı böyük ədalətsizlik nümunəsi olan 907-ci düzəliş məsələsində də vəziyyətin dəyişməsi Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra mümkün olub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmədən, səbir və ardıcıllıqla milli maraqlarını qoruyub. Xüsusilə Zəngəzur dəhlizinin açılmasının artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənməsi Azərbaycanın regional və qlobal əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir. Bu gün Azərbaycan-ABŞ əlaqələri populist bəyanatlar üzərində deyil, praktik nəticələrə hesablanmış əməkdaşlıq modeli üzərində qurulub. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri onun balanslı və çoxvektorlu xarakter daşımasıdır. Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək bunu aydın şəkildə göstərir. Çin ilə əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, Çin şirkətlərinin bərpaolunan enerji layihələrinə investisiya qoyması və nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın Asiya ilə Avropa arasında əsas körpü rolunu gücləndirir. Bu gün Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycanın özüdür. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, ehtiyatların xarici borcu 17 dəfə üstələməsi və ÜDM-də 3,2 faizlik artım iqtisadiyyatımızın yüksək dayanıqlığını sübut edir. Nəhəng investisiya layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, regional inkişaf proqramları fonunda bu göstəricilər Prezidentin yürütdüyü düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Siyasətin mərkəzində isə daim Azərbaycan vətəndaşı dayanır. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması sosial ədalətin və dövlət qayğısının konkret təzahürüdür. İşğaldan azad edilmiş ərazilərin bu gün beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın gücünün və nüfuzunun göstəricisidir. Artıq bu ərazilərdə 70 minə yaxın insan yaşayır, yol-nəqliyyat infrastrukturu, enerji sistemi və regional bağlantılar sürətlə inkişaf edir”.

Mehriban Vəliyeva qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələri üçün də nümunə ola bilər: “Dairəvi enerji sisteminin qurulması, alternativ enerji potensialının reallaşdırılması və müasir nəqliyyat şəbəkəsinin yaradılması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt qazandığı uğurlarla arxayınlaşmayıb. Son beş il ərzində ordu quruculuğu ardıcıl şəkildə davam etdirilib, yenidən silahlanma prosesi aparılıb, hərbi sənaye kompleksi gücləndirilib. Artıq 7 özəl şirkətin hərbi təyinatlı məhsul istehsal etməsi və ötən il bu sahədə 1,4 milyard manatlıq istehsal Azərbaycanın müdafiə potensialının göstəricisidir. Azərbaycan heç kimin naminə öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasını təmin edir. Bütün bunlar isə Azərbaycanı regionda və qlobal səviyyədə daha aktiv və strateji oyunçu kimi göstərir.

“Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan dili, milli kimlik və təhsil məsələlərinə verdiyi önəm xüsusi diqqət çəkir. Dil dövlətçiliyin əsas atributudur və Azərbaycan dövləti öz dilinin qoruyucusudur. 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dili heç vaxt heç bir dilin kölgəsində ola bilməz. İnkişafın əsas şərti isə zəka, təhsil və elmdir. Son 20 ildə yaradılan yeni ali təhsil müəssisələri, gənclərə göstərilən dəstək və süni intellekt, IT sahəsində HAB mərkəzinə çevrilmək hədəfi Azərbaycanın gələcəyə inamla baxdığını göstərir. Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan bu gün öz taleyini özü müəyyən edən, güclü iqtisadiyyata, qüdrətli orduya, müstəqil xarici siyasətə malik dövlətdir. Dünyanın qeyri-sabit və gözlənilməz bir dövründə Azərbaycanın sabitliyi, inkişafı və artan nüfuzu məhz Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara söykənən siyasətinin nəticəsidir.

Müsahibə yalnız 2025-ci ilin yekunu deyil, eyni zamanda, gələcək yol xəritəsinin, yeni mərhələdə siyasi və iqtisadi prioritetlərin təqdimatıdır”, - deyə deputat fikrini yekunlaşdırıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib