Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin poçtundan:
Ürəyimiz daim Vətənlə, Sizinlə birgə döyünür, cənab Prezident!

Prezidentin poçtundan:  Ürəyimiz daim Vətənlə, Sizinlə birgə döyünür, cənab Prezident!

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin poçtuna ölkəmizin və dünyanın müxtəlif guşələrindən məktub və müraciətlər daxil olmaqda davam edir. Bu məktub və müraciətlərdən aydın görünür ki, cəbhə bölgəsində baş verən son hadisələr, Ordumuzun uğurlu döyüş əməliyyatları xalqımızın mübarizə əzmini artırıb, həmrəyliyini daha da möhkəmləndirib. Müxtəlif yaşda olan sadə insanların səmimi duyğularının, hiss və həyəcanlarının, arzu və amallarının təcəssümü olan məktublar onların qəlbinin səsidir. Döyüşə atılmaq istəyənlər arasında hətta qadın və qızlar da var. Onlar Azərbaycan əsgərinin rəşadətindən qürur duyur, Azərbaycan Prezidentinə inandıqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Ali Baş Komandanın əmrini gözləyir, öz Vətəni və Prezidenti ilə fəxr edir. Bu birlik və həmrəylik doğrudan da bizim ən böyük nailiyyətimizdir.

AZƏRTAC Prezidentin saytına istinadla Ali Baş Komandan İlham Əliyevə ünvanlanan bir sıra məktub və müraciətləri təqdim edir.

Sizə qəlbimizin səsini çatdırırıq, cənab Prezident

Soydaşımız Ləman Rzayeva Rusiyanın Surqut şəhərində yaşayır. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tələbəsidir. Hazırda Rusiyada yaşadığından Vətənimiz və xalqımız üçün heç nə edə bilmədiyinə görə təəssüflənən Ləman qəlbinin səsini Azərbaycan Prezidentinə çatdıraraq yazır: “Azərbaycanımız üçün etdiklərinizə görə Sizə bütün doğmalarım adından minnətdarlığımı bildirirəm. Azərbaycan Silahlı Qüvvələrini alqışlayıram. Biz Ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Xahiş edirik, başladığınız işi dayandırmayın. Bütün xalqımız qələbənin davamını gözləyir. Mən də silaha sarılıb düşmənlə vuruşmağa hazıram, təki torpaqlarımız qayıtsın. Döyüş ruhumuz o dərəcədə yüksəlib ki, hamımız yalın əllə düşmən üzərinə atılmağa hazırıq. Qoy, şəhidlərimizin qanı yerdə qalmasın. Cənab Ali Baş Komandan, biz həmişə Sizin yanınızdayıq”.

Məktubunu Rusiyanın Krasnoyarsk şəhərindən yazan digər soydaşımız Qumral Əhmədova Rusiya Federasiyasında yaşayan bütün azərbaycanlılar kimi, öz Vətəni və Prezidenti ilə fəxr etdiyini bildirir. Tibb İnstitutunun tələbəsi olan Qumral yazır: “Ölkəmə bilavasitə təmas xəttində kömək etməyə hazıram. Biz Sizə inanırıq, Sizin əmrinizi gözləyirik. Təki torpağımız geri qayıtsın. Biz birlikdə bunu edəcəyik”.

Ailəsi ilə birlikdə Qazaxıstanın Çimkənd şəhərində yaşayan Firuzə Heydərova da Prezidentə ünvanlandığı məktubda Vətənin müdafiəsində iştirak etməyə hazır olduğunu yazır: “Azərbaycan xalqını təbrik edirik. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan addımlar, əldə olunan uğurlar bizi çox sevindirir”.

Soydaşlarımızın digər məktub və müraciətlərində də (onların sayı yüzlərlədir) yüksək vətənpərvərlik və həmrəylik duyğuları, Prezident və Ali Baş Komandan İlham Əliyevə, böyük qələbəyə inam əksini tapıb.

Siz şanlı tariximizdə yeni səhifə açdınız

Prezidentə məktub ünvanlayanlar arasında məktəblilər də var. Ordumuzun cəbhədəki uğurlarından ruhlanan Xətai rayonu 245 saylı məktəbin 8-ci sinif şagirdi Mədinə Hüseynova bu sətirləri qəhrəman Vətən oğullarının dəfn mərasiminin təsiri altında qələmə alıb: “Sizi böyük qələbənin ilk qədəmləri münasibətilə təbrik edirəm. Siz şanlı tariximizdə yeni səhifə açdınız və tarixi uğura imza atdınız Bu, illərdən bəri çəkdiyiniz misilsiz zəhmətin bəhrəsidir.

Bu gün məktəbli yoldaşlarımla torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Xaliq Əzizzadənin dəfn mərasimində iştirak etdim. Çox təsirləndim, eyni zamanda, qürur duydum. Məktəbli olsam da, Vətənimin mənfur ermənilərdən təmizlənməsi üçün hər an əlimdən gələni etməyə hazıram. Hamı kimi mən də Sizin əmrinizi gözləyirəm. Tam əmin ola bilərsiniz ki, bütün xalqımız kimi, biz məktəblilər də Sizin arxanızdayıq. Bilin ki, hamımız Sizinlə fəxr edirik”.

Astara rayon sakini Afaq Ağamirova Prezidentə məktubu məktəbli övladlarının xahişi ilə yazdığını deyir: “Mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Sizinlə qürur duyuram, Sizin üçün çoxlu dualar edirəm.

Son günlər cəbhədə erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbələr vuruldu. Döyüşlərdə şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin.

Mənim iki məktəbli oğlum var, Sizi çox sevir, hər çıxışınızı izləyirlər. Bu məktubu da onların istəyi ilə yazıram. İstəyirlər ki, bunu biləsiniz. İnşallah, bu çətin yolda Allah yardımçınız olar”.

Əmrinizi gözləyirik, cənab Ali Baş Komandan

Azərbaycan Prezidentinə ölkəmizin müxtəlif bölgələrindən müraciət və məktub ünvanlayan hər kəs yaşından, peşəsindən asılı olmayaraq, öz köməyini təklif edir, Ali Baş Komandandan əmr gözlədiyini bildirir.

Onlardan biri, lerikli Teymur Yəhyayev yazır: “Mən 1994-1998-ci illərdə Qarabağda, Ağdam rayonunda hərbi xidmət keçmişəm. Döyüşlərin birində yaralanmışam, 2-ci qrup Qarabağ əliliyəm. Aprelin 2-də cəbhədə erməni silahlı bölmələrinin təxribatlarının qarşısının uğurla alınması məni qürurlandırdı. Məndə yenidən ordu sıralarına qayıtmaq arzusu baş qaldırdı. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Sizdən xahiş edirəm, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qoşulmağımız üçün əmr verəsiniz”.

Ruhiyyə Namazova (Sumqayıt sakini): “Hər bir Azərbaycan vətəndaşı kimi Sumqayıtın tibb işçiləri də cəbhədə erməni təxribatlarına layiqli cavab verilməsindən böyük qürur hissi duyurlar. Doğma vətənimizin azadlığı və inkişafı naminə əldə edilən bütün qələbələrə görə Sizə minnətdarlığımızı bildirir, bu şərəfli işdə yaxın köməkçiniz olacağımıza söz veririk”.

Eyni ruhun hakim kəsildiyi daha üç müraciətə diqqət yetirək.

Ülvi Əzizli (İmişli): “Biz gənclər Sizinlə fəxr edirik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən qürur duyuruq. Torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza inanırıq”.

Sübhan Xəlilov (Salyan): “Son günlər Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq biz gəncləri çox ruhlandırıb. Biz Salyan gəncləri Qarabağı geri qaytaracağımıza inanırıq. Düşmənə daha ağır zərbələr endirməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq, Sizin əmrinizi gözləyirik. Düşmən Ordumuzun gücünü ilk zərbənin təsirindən daha aydın hiss etdi. Elə buna görə də təşviş içindədir.

Cənab Prezident, Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Yaşasın Azərbaycan!”.

Vətən uğrunda döyüşməyə hər an hazırıq

Nijni Novqorodda yaşayan həmyerlimiz Elmir Əliyev Prezidentimizi və xalqımızı təbrik edərək yazır: “Hörmətli Prezident, mən və Nijni Novqorod Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri döyüşə hazır vəziyyətdə tarixi torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik. Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı! Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın ləyaqətli oğullarına eşq olsun!”.

Ukraynanın Dnepropetrovsk şəhərindən məktub yazan İbrahimxəlil İsmayıllı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğunu bildirir: “İlk növbədə, Ordumuzun cəbhədə qazandığı uğur münasibətilə Sizi təbrik edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Cəbhədə baş verən son hadisələrlə bağlı onu demək istəyirik ki, mən və dostlarım Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazırıq”.

Prezidentə məktub və müraciət ünvanlayanlar arasında Samuxdan Rza Həbilov, Zəngilandan Məhəmməd Quliyev, Sumqayıtdan Fuad Şamilov, Astaradan Valid Qəribli, Bərdədən Uğur Salahlı, Ağdamdan Sadiq Hüseynov, Türkiyənin İzmir şəhərinin sakini Eren Ayaz, Rusiyada yaşayan soydaşlarımız - Voronejdən Vüsal Qədirov, Yekaterinburqdan Müqtədir Abbasov, Tomskdan Vüsalə Məmmədova, həmçinin Nyu-Yorkdan Minəvvər Vahabova, İran vətəndaşı Abdulrza Zahidi və yüzlərlə başqaları da var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Səfir: Azərbaycan ilə Almaniyanın iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin