Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti

Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti

Bakı, 8 aprel, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun

“Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” sərlövhəli məqaləsini təqdim edir.

Filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanov 1955-ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən, bir sıra yazılı abidələrimizin tədqiqi ilə məşğul olduqdan sonra bütün qüvvəsini böyük Azərbaycan şairi Nəsiminin ədəbi irsinin araşdırılmasına sərf edib. O, ədəbiyyat tariximizdə, türkologiyada şairin anadilli irsinin mətnşünaslıq və dilçilik baxımından tədqiqatçısı, onun lirik şeirlər toplusu “Divan”ının elmi-tənqidi mətninin tərtibçisi kimi tanınır. Nəsimi əsərlərini mətnşünaslıq baxımından araşdırarkən dilçilik elminin, dil tarixinin imkanlarından istifadə edən alim respublikamızda linqvistik mətnşünaslığın əsasını qoyub, bu sahədə çalışan tədqiqatçılar yetişdirib. Filologiya üzrə elmlər doktoru Məmməd Adilov haqlı olaraq yazırdı: “Cahangir Qəhrəmanov Nəsimi irsi üzərində işləyərkən, bir tərəfdən mətnşünas və ədəbiyyatşünas kimi çıxış etmişsə də əsas etibarilə abidələrin linqvistik, qrafik və orfoqrafik xüsusiyyətlərinə daha geniş diqqət yetirib, beləliklə, azərbaycanşünaslıq elmində linqvistik mətnşünaslığın əsasını qoyub”.

Cahangir Qəhrəmanov 1969-cu ildə “İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, linqvistik mətnşünaslığın əsas prinsipləri, onun yazılı abidələrimizin tədqiqində rolu barədə əsas fikirlərini bu tədqiqat işində şərh edib.

Alim “Nəsimi əsərlərinin tənqidi mətninin tərtibi haqqında” məqaləsində ədəbiyyat tariximizin, yazılı abidələrimizin tədqiqində mətnşünaslığın rolu, bu istiqamətdə aparılan araşdırmaların müxtəlif sahələri əhatə etməsi, mətnşünaslığın əsas təməl kimi tarixilik prinsiplərinə söykənməsi barədə belə yazırdı: “Əsasən filoloji elmlər silsiləsinə daxil olan tənqidi mətnlərin bir tərəfdən ədəbiyyat və dil tarixi, digər tərəfdən də ictimai fikir və mədəniyyət tarixi baxımından əhəmiyyəti böyükdür. Klassik mətnlərin nəşri mətnşünaslıq elminin əldə etdiyi nailiyyətlərə, onun zəruri saydığı müddəalara əsaslanaraq hazırlanır. Mətnşünaslıq tarixilik prinsipindən çıxış edərək klassik sənətkarların yaşayıb-yaratdığı ictimai-siyasi şəraitin, ədəbi mühitin başlıca xüsusiyyətlərini nəzərə alır”.

Professor C.Qəhrəmanov bir sıra məqalələrində, Nəsiminin 600 illik yubileyinin keçirildiyi dövrdə çap etdirdiyi üçcildlik anadilli “Divan”ının elmi-tənqidi mətninin müqəddiməsində bu mətnin əsas tərtib prinsipləri, bu zaman qarşıya çıxan əsas çətinliklər barədə məlumat verib. O, şairin “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən Əlyazmalar İnstitutunda saxlanan bir sıra əlyazma və çap nüsxələrindən istifadə edib. Bu sırada XVI əsrə aid (M-227 şifrli) əlyazmanı, 1700-cü ildə Mirzəxan vələdi-Məlik Şeyx Bünyad Salbaninin köçürdüyü əlyazma nüsxəsini, İrəvanın Matenadaran Qədim Əlyazmalar İnstitutunda saxlanan, 1661-ci ildə Hüseynəli ibn Səfərəli tərəfindən köçürülmüş əlyazmanı, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq bölməsinin kitabxanasında saxlanan, 1793-cü ildə Buxarada köçürülmüş əlyazma nüsxəsini, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda mühafizə edilən, 1877-ci ildə Buxarada Mir Nəsibullah Buxari tərəfindən köçürülmüş əlyazmanı, Nəsimi əsərlərinin 1880-ci ildə İstanbulda “Əxtər” mətbəəsində, 1926-cı ildə Bakıda “Kommunist” mətbəəsində çap edilmiş nüsxələrini qeyd etmək olar.

Elmi-tənqidi mətnin tərtibində çap nüsxələrindən istifadə edilməsinin əsas səbəbi ondan ibarət idi ki, bu nüsxələr əlyazmalara əsasən hazırlanmışdı. Nəsimi “Divan”ı Türkiyədə XIX əsrdə 1844, 1871, 1880-ci illərdə çap edilib, sonuncu nəşrdə əvvəllər yol verilən bir sıra mətbəə xətaları düzəldilib, “Divan”a daxil edilən əsərlər dəyişdirilməyib. 1880-ci il nəşrinə şairin məsnəvi, qəsidə və qəzəlləri (ümumi sayı 265), 167 rübai və tuyuğu, ərəbcə 2 qəzəli, farsca 25 qəzəl və qəsidəsi, 1 tərkibbəndi daxil edilib. Həmin kitaba şairin davamçısı Rəfiinin “Gəncnamə” məsnəvisi, Nəsiminin “Haşimi” təxəllüslü farsca 2 tərcibəndi, kitabın nəşri münasibətilə XIX əsr türk şairlərinin yazdıqları şeir parçaları daxil edilib.

Salman Mümtaz hazırladığı kitabda İstanbul nəşrlərində gedən bir sıra nöqsanları aradan qaldırıb, habelə şairin həmin nəşrlərə düşməyən Azərbaycan türkcəsindəki bir qəzəlini, 40-a yaxın farsca şeirini, ayrı-ayrı beytləri kitaba daxil edib. O, Nəsimi şeirlərini ilk hərflər əsasında sıralayıb.

Qeyd edək ki, Cahangir Qəhrəmanovun elmi-tənqidi mətni hazırlanana qədər Mirzəağa Quluzadə 1962-ci ildə “Divan”ın Əlyazmalar İnstitutunda saxlanan 2 əlyazması əsasında Nəsiminin seçilmiş şeirlərini müasir əlifbada çap etdirib.

Professor Cahangir Qəhrəmanov şairin əsərlərinin nəşrində dörd əsas təhrifi xüsusi vurğulayıb: 1) Türkmənşəli əski Azərbaycan sözlərinin əvəz edilməsi; 2) Azərbaycan türkcəsində olan sözlərin əcnəbi dildən olan sözlərlə əvəz edilməsi; 3) Misra və beytlərin təhrif olunması; 4) Beyt və misraların düşməsi, müxtəlif məzmunlu misraların birləşdirilməsi nəticəsində süni surətdə yeni beytlərin yaradılması.

Cahangir Qəhrəmanov 1973-cü ildə üçcildlik kitab halında nəşr etdirdiyi Nəsimi “Divan”ının elmi-tənqidi mətninin müqəddiməsində yazılı abidələrimizin tədqiqində qarşıya çıxan ən böyük çətinliklərdən biri barədə yazırdı: “Orta əsr Şərq klassiklərinin, o cümlədən Azərbaycan klassiklərinin avtoqrafları - əsərlərinin öz əlləri ilə yazdıqları nüsxələri əksər hallarda əlimizə çatmayıb. Şərqin klassik sənətkarlarının əsərləri onların üzünü köçürən nasir və katiblərin əlyazma nüsxələrində müxtəlif xarakterli təhriflərə uğrayıb. Təhriflərin müxtəlif səbəbləri var. Fərqlər dini, məzhəbi, ictimai mahiyyət daşıya bilər, müxtəlif ədəbi cərəyanlarla bağlı ola bilər. Nəhayət, katib diqqətsizliyinin, savadsızlığının, katibin öz “yaradıcılıq fəaliyyətinin” nəticəsi ola bilər”.

Şairin ədəbi irsini, ədəbiyyat tarixində tutduğu mövqeyi, dilini, fərdi üslub xüsusiyyətlərini, dünyagörüşünü, fəlsəfi ideallarını qiymətləndirmək üçün əsərlərinin tənqidi mətninin tərtibi zəruriliyindən danışan tədqiqatçı qətiyyətlə bildirir ki, Nəsimi “Divan”ının ərəb əlifbası ilə nəşrlərinin heç birini elmi hesab etmək olmaz. Çünki nüsxələrin hər biri natamam, qüsurlu əlyazmalara əsaslanıb və naşirlərin müdaxiləsinə məruz qalıb.

“Divan”ının elmi-tənqidi mətninə daxil olan nüsxələri bir-bir təsvir edən, onların orfoqrafik xüsusiyyətlərini ətraflı nəzərdən keçirən tədqiqatçı Nəsimi şeirlərini tekstoloji baxımdan araşdırarkən, ona aid olmayan, “Nəsimi” təxəllüslü başqa şairlərin əsərlərinin fərqləndirilməsinə xüsusi fikir verib.

Tədqiqatçı Nəsimi “Divan”ının mətni üzərində araşdırmasının nəticəsi olaraq bu şeirlər toplusuna daxil olan əsərlərin sayında dəqiqləşdirmə apardığını bildirir: “Tənqidi mətnin tərtibi nəticəsində Nəsiminin 2176 beytlik yeni əsərləri meydana çıxmışdır (Əlavələrə daxil olunmuş 1021beyt hesaba alınmır)”.

C.Qəhrəmanov Nəsimi əsərlərinin elmi-tənqidi mətninin tərtibi nəticəsində bir sıra mübahisəli məqamlar, şairə məxsusluğu dəqiqləşdirmə tələb edən şeirlər aşkara çıxarıb. Qeyd edib ki, bu şeirlərin müəyyən hissəsinin Nəsimiyə aid olması ehtimalı çoxdur. Lakin yalnız bir nüsxədə verilən bu şeirlərdə yarımçıq beytlər, dil və üslub xətaları var. Başqa nüsxələrlə müqayisə edib şeirlərin əsl mətnini dürüstləşdirmək mümkün olmadığı üçün onlar “Əlavələr” hissəsində verilib. “Əlavələr” hissəsinə, eyni zamanda, ayrı-ayrı cüng və məcmuələrdən toplanan şeirlər daxil edilib. Bu şeirlərin çoxunda təxəllüs göstərilirsə də, bəziləri təxəllüssüz verilib, Nəsimiyə aid olması başlıqda qeyd edilib. Tədqiqatçı göstərir ki, Nəsimi əsərlərinin elmi-tənqidi mətninin “Əlavələr” hissəsində verilən şeirlər gələcəkdə şairin başqa əlyazmaları aşkar edildikdən sonra dürüstləşdirilə bilər.

Qeyd etdiyimiz kimi, Cahangir Qəhrəmanov Nəsimi “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən yalnız şairin şeiriyyətinə, əsərlərinin bədii xüsusiyyətlərinə, ideya və məzmununa fikir verməyib, şairin Azərbaycan ədəbi dilindəki rolunu, dilimizin inkişafındakı mövqeyini, şeirlərindəki dil vahidlərini, onların müxtəlif dövrlərdə işlənmə xüsusiyyətlərini də diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, alim 1970-ci ildə “Elm” nəşriyyatında 568 səhifə həcmində “Nəsimi “Divan”ının leksikası” adlı monoqrafiya çap etdirib. Həmin kitaba qədər filologiya elmimizdə dilimizin tarixi leksikasına dair ayrı-ayrı əsərlər meydana çıxsa da, ayrılıqda götürülmüş heç bir yazılı abidənin tam sözlüyü tərtib olunmayıb. Kitabın əvvəlində müəllif göstərir ki, Azərbaycan ədəbi dili leksikasını dərindən araşdırmaq üçün ilk növbədə dilimizdə işlənən, qədim dövrlərdən zəmanəmizə qədər gələn, müəyyən təsir nəticəsində dəyişikliyə məruz qalan, tarixi şəraitdə və ictimai amillər nəticəsində lüğətin passiv ehtiyat fonduna keçib arxaikləşən sözləri qeydə almaq, dil faktlarının təsvirini vermək lazımdır. Göründüyü kimi, alim dilimizin əsrlərboyu inkişafını araşdırmaq üçün Nəsimi “Divan”ının dil vahidlərinin lüğətini tərtib etməklə buradakı sözlərdən tarixi sənəd kimi istifadə etmək qərarına gəlib. “Divan”dakı ayrı-ayrı dil vahidləri şairdən əvvəl, şairin əsərlərində və ondan sonra fərqli mənalar kəsb edə bilər. Bəzi sözlər sonradan ədəbi dildən çıxaraq dialektlərə keçə bilər. Cahangir Qəhrəmanovun “Giriş” və əsas hissə-sözlükdən ibarət “Nəsimi “Divan”ının leksikası” adlı monoqrafiyasında şairin “Divan”ında yer alan bütün dil vahidləri əlifba sırası, ərəb və kiril qrafikası ilə əksini tapıb, müxtəlif lüğətlərdən istifadə edilməklə hər bir sözün mənaları verilib. Bu sözlük Azərbaycan türkcəsinin yüz illər ərzində inkişafını bir güzgü kimi göstərməyə yardım edən ilk nümunə, tarixi leksika elminin həmin dövrdə ən böyük nailiyyətidir.

Müəllif Nəsimi əsərləri əsasında göstərir ki, XIV əsr klassik Azərbaycan ədəbiyyatının dili bir tərəfdən, Azərbaycan canlı xalq dilinə, digər tərəfdən, klassik türk ədəbi abidələrinin dilinə əsaslanaraq inkişaf edib. Burada klassik Şərq, xüsusən İran poeziyasının təsirini də qeyd etmək lazımdır. Alim bildirir ki, Nəsimi dilinin söz ehtiyatı, əsərlərində işlətdiyi sözlərin kəmiyyəti və keyfiyyəti, zəngin lüğət xəzinəsi XIV-XV əsrlər Azərbaycan türkcəsinin səviyyəsini, ədəbi-bədii dilinin imkanlarını, onun yayılma dairəsini, təsir qüvvəsini, orijinallığını və milli xüsusiyyətlərini, türkmənşəli sözlərin klassik üslubda yazılmış şeirdə tutduğu mövqeyini müəyyənləşdirmək üçün əsaslı mənbələrdəndir. Cahangir Qəhrəmanov kitabının “Giriş” hissəsində yazır: “Azərbaycan ictimai fikir tarixində görkəmli yer tutan, onun inkişafında böyük rol oynayan Nəsimi öz əsərlərində işlətdiyi sözlərlə dilin zənginliyinin əsas meyarı olan fikir zənginliyinə xüsusi diqqət yetirib, sadə sözlə böyük bir ideyanı tərənnüm edib, sözlər vasitəsilə fikir incəliyini, məna çalarlığını, məzmun dərinliyini göstərə bilib. Nəsiminin dili, eləcə də onun leksikası Azərbaycan ədəbi dilinin, xüsusilə onun bədii qolunun keçmiş olduğu altı əsrlik tarixi izləmək üçün zəngin material verir”. Alimin tərtib etdiyi irihəcmli leksik vahidlər sözlüyü bu deyilənləri əyani surətdə sübut etməkdədir.

Görkəmli tədqiqatçı şairin əsərlərini müasir əlifbada da tərtib edərək geniş oxucu kütləsinə təqdim edib.

Nəsiminin anadilli “Divan”ının elmi-tənqidi mətnini, leksik vahidlər sözlüyünü irihəcmli monoqrafiyalarda elm aləminə təqdim edən professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti, qeyd etdiyimiz kimi, mətnşünaslıq və dilçilik elmlərinin qovşağında həyata keçirilib. Alim bu əsərləri ilə ölkəmizdə linqvistik mətnşünaslığın inkişafına təkan verib, sonralar bu sahədə çalışan gənc tədqiqatçılar üçün istiqamət müəyyənləşdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb