Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Fuad İsmayılov: Qazilərimizin hamısının psixoloji vəziyyəti tam normallaşacaq

Professor Fuad İsmayılov: Qazilərimizin hamısının psixoloji vəziyyəti tam normallaşacaq

Bakı, 12 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov Vətən müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Müharibədə iştirak etmiş hərbçilərdə əsasən hansı psixoloji hallara rast gəlinir və bunların təzahür forması necə olur?

- Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stres reaksiyası olub. Stres reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir və düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf situasiyadan “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stres hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər.

Hərbçilərin və əsgərlərin çoxunda kəskin stres reaksiyası əlamətləri kimi qıcıqlıq, yuxusuzluq, “fləşbəklər” (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub.

-Posttravmatik stres pozuntuları ilə qarşılaşdığınızda hansı yardım prosedurları təklif olunurdu?

- Posttravmatik stres pozuntusu hər bir şəxsdə dərin stres törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stres hadisəsinə təxirə salınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbçilərdə və əsgərlərdə kəskin stres pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stres pozuntusu diaqnozuna dəyişdirilir.

Psixoloji yardım üçün müraciət edən kəskin stres reaksiyası yaşayan bütün hərbçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi. İlkin psixoloji yardım kəskin stres əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.

Posttravmatik stres pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.

Bundan əlavə, posttravmatik stres pozuntusu diaqnozu təyin edilmiş hərbçilər və əsgərlərlə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir.

- Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissini necə aradan qaldırırsınız?

- Səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur.

- Psixoloji prosedurlar adətən neçə müddət aparılır və müsbət nəticələri neçə zamandan sonra əldə etmək olur?

- Hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq şəxslərə təcili, qısamüddətli və uzunmüddətli psixoloji yardım növləri göstərilir.

Təcili psixoloji yardım - böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirə salınmadan göstərilməsidir. Qısamüddətli psixoloji yardım (12 məşğələyə qədər) psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət).

Qeyd edim ki, Azərbaycanda psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarı ilə təsdiq edilib.

- Postmüharibə dövründəki psixoloji durumda qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?

- Müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda, eyni zamanda, digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər.

Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir. Əminik ki, qazilərimizin hamısının psixoloji vəziyyəti tam normallaşacaq və onlar yüksək əhval ilə ailələrinə geri dönəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub