Pul-kredit siyasəti hələlik iqtisadi problemlərin panaseyası deyildir
Bakı, 21 iyun (AZƏRTAC). Pul-kredit siyasəti iqtisadi problemlərin panaseyası deyildir. Bu fikri ABŞ Federal Ehtiyat Sisteminin (FES) başçısı Ben Bernanke mətbuat konfransında səsləndirmişdir.
O demişdir: “Pul-kredit siyasəti iqtisadi problemlərimizi özlüyündə həll etməyəcəkdir. Biz hökumətin istənilən hissəsinin, iqtisadi siyasətin digər xadimlərinin yardımını və dəstəyini alqışlayırıq”.
O, eyni zamanda vurğulamışdır ki, FES-in vəziyyətə təsir üsulları tükənməmişdir.
FES-in başçısı demişdir: “Biz daha çox iş görməyə hazırıq. Zənnimcə, biz iqtisadiyyatın vəziyyəti, inkişafın hara getdiyi, Avropada nələrin baş verdiyi barədə informasiyanı bundan sonra da almalıyıq.
Əlavə etməliyəm ki, belə qeyri-standart proqramlardan hər biri bazarın fəaliyyəti, maliyyə sabitliyi baxımından onlarla bağlı olan müxtəlif xərclərə və risklərə gətirib çıxarır. Düşünmürəm ki, onları tələsik işə salmağa dəyər.
Zənnimcə, belə bir inam olmalıdır ki, bunlar zəruridir. Lakin bu qənaətə gəlsək, həmin əlavə addımları atarıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO
- 06.10.2026 [11:44]