PULKOVO HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Sankt-Peterburqa gəlmişdir.
Pulkovo hava limanında Azərbaycan dövlətinin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya XİN-in yüksək vəzifəli nümayəndələri, Azərbaycan diasporunun üzvləri qarşıladılar.
Milli geyimli azərbaycanlı uşaqlar Mehriban xanıma gül təqdim etdilər.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha - “Konqreslər sarayı” dövlət kompleksinə (Konstantinov sarayı) yola düşdü.