Putin terror aktı səbəbindən islamofobiyanın güclənməsinə yol verməməyə çağırıb
Moskva, 2 aprel, AZƏRTAC
“Crocus City Hall”da bu yaxınlarda baş vermiş faciəli hadisələrin Rusiyada ksenofobiya və islamofobiyanın güclənməsinə rəvac verməsi yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin RF Daxili İşlər Nazirliyinin genişləndirilmiş kollegiya iclasındakı çıxışında bildirib.
Putin diqqəti dövlətin və cəmiyyətin maraqları və təhlükəsizliyinin təmin edilməsinin, ölkədə etnik və dinlərarası anlaşmanın qorunub saxlanılmasının vacibliyinə çəkib.
Rusiya Prezidenti qeyd edib ki, qeyri-qanuni miqrasiya risklərini aradan qaldırmaq üçün mövcud elektron məlumat bazaları kifayət etmir. O deyib: “Prinsipcə, yalnız bizim ənənələrimizə, dilimizə, mədəniyyətimizə hörmət edənlər Rusiyada yaşamağa və çalışmağa gəlməlidir. Bu prinsip həlledici olmalıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]