Putinin 1990-cı illərdəki vizit kartı hərracda 2 milyon rubla satılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Putinin 1990-cı illərdəki vizit kartı Sankt - Peterburqda elektron hərracda iki milyon rubla satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, 1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Putinin vizit kartı satışa çıxarılıb. Vizit kartının başlanğıc qiyməti min rubl idi. Sonda vizit kart iki milyon rubla alınıb. Hərrac saytında onun kim tərəfindən alınması haqqında məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada keçirilən hərracda 340 min rubla satılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]