Qadın güləşçimiz Mariya Stadnik Tokio Olimpiadasına qələbə ilə başlayıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız startda rusiyalı güləşçi Stalvira Orşuşla qarşılaşıb. Rəqibinə 11:7 hesabı ilə qalib gələn M.Stadnik dörddəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi Tunis təmsilçisi Sarra Hamdi olacaq.
Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.