Qadın sablyaçılarımız ABŞ-da təlim-məşq toplanışında iştirak edəcəklər
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanın qadın qılıncoynadanlardan ibarət milli komandası yanvarın 15-də ABŞ-a yollanacaq.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, sablya növündə yarışan idmançılarımız yanvarın 16-24-də ABŞ-ın Nyu-Cersi şəhərində Fikrət Vəliyevin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcəklər.
Toplanış yanvarın 26-28-də ABŞ-ın Baltimor şəhərində təşkil olunacaq qadınların dünya kuboku seriyasından sayılan “A” kateqoriyalı turnirə hazırlıq xarakteri daşıyır.
Yığmanın üzvləri həm fərdi, həm də komanda yarışlarında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]