Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub YENİLƏNİB
Bakı, 1 oktyabr, G.Mahmudlu, P.Rəhimova, AZƏRTAC
Matçın dördüncü setində üstünlüyü tamamilə ələ alan Serbiya yığması 25:18 hesabı ilə qalib gəlib. Beləliklə, ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan Serbiya milli komandası Avropa çempionu olub.
X X X
20:34
Oyunun üçüncü seti daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb - 25:18.
X X X
20:06
Oyunun gərgin idman mübarizəsi şəraitində keçən ikinci setində Niderland millisinin inadlı müqavimətinə baxmayaraq, Serbiya kollektivi qalib gəlib - 25:22.
X X X
19:32
Final qarşılaşmasının ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb.
X X X
19:08
Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüşə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər.
Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiyə millisi layiq görülüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar - 1:3.