Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına Bakıda start verib
Bakı, 30 may, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına Bakıda start verib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarına, eləcə də “Avro-2023”ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini “Murov” voleybol klubunun idman zalında keçirib.
İyirmi beş idmançının cəlb olunduğu toplanışa baş məşqçi Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov köməklik göstərirlər.
Qeyd edək ki, Azərbaycan yığması “Avro-2023”ün təsnifat oyunlarında Sloveniya, Gürcüstan və Avstriya seçmələri ilə birlikdə D qrupunda mübarizə aparacaq. Komandanın İslamiadadakı rəqibləri isə hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]