Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedir
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi iyulun 10-11-də İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanıstanda sülh və istiqrar mövzusuna həsr edilmiş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.
Qeyd edilib ki, müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin qatılacağı konfransın gündəliyinə bir sıra önəmli məsələlərin müzakirəsi, o cümlədən Əfqanistanda sülhün və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakı ekstremizmə qarşı birgə mövqeyin nümayişi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]