Qahirədə Fələstin Milli Dialoqu çərçivəsində danışıqlar aparılıb
Qahirə, 8 fevral, AZƏRTAC
Qahirədə Misir Prezidenti Əbdülfəttah əl-Sisinin vasitəçiliyi ilə Fələstin Milli Dialoqu çərçivəsində danışıqlar aparılıb.
AZƏRTAC xəbər verir ki, danışıqlarda Fələstindəki siyasi partiya və ictimai təşkilatların liderləri iştirak ediblər.
Danışıqlardan sonra yayılan mətbuat açıqlamasında bildirilir ki, Fələstində bu ilin mayında parlament və iyulunda isə prezident seçkilərinin keçirilməsi, Prezident Mahmud Abbasın təklif etdiyi həmrəylik platformasının reallaşdırılması əsas müzakirə mövzuları olub.
Xatırladaq ki, Fələstində parlament seçkiləri sonuncu dəfə 2006-cı ildə, prezident seçkiləri isə 2005-ci ildə keçirilib. On beş illik fasilədən sonra bu ölkədə seçki prosesinin bərpası mühüm vəzifə kimi qarşıya qoyulub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]