“QALA” BASKETBOL KOMANDASI RUSİYANIN “URAL QREYT” KLUBUNA UDUZMUŞDUR
AZƏRTAC xəbər verir ki, kişi basketbol komandaları arasında üçqat ölkə çempionu “Qala” Avropa “Çağırış Kuboku” turniri çərçivəsində ikinci görüşünü noyabrın 3-də Bakı Olimpiya İdman Kompleksində Rusiyanın “Ural Qreyt” klubu ilə keçirmişdir. Belaruslu baş hakim Fyodor Dmitriyevin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi görüş 83:71 hesabı ilə Rusiya basketbolçularının xeyrinə başa çatmışdır.
Xatırladaq ki, “Qala” ötən həftə Ukraynanın Yujnı şəhərində də yerli “Ximik” klubuna 48:74 hesabı ilə uduzmuşdu. Baş məşqçi Rimas Kurtinaytisin yetirmələri kubok uğrunda noyabrın 17-də Bakıda “Ximik”lə, noyabrın 24-də isə Permdə “Ural Qreyt”lə cavab görüşləri keçirəcəkdir.
Turnir cədvəlində “Ural Qreyt” birinci, “Ximik” ikinci, “Qala” isə üçüncü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]