“Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku yarışlarının qalibi olub
Bakı, 19 aprel, AZƏRTAC
İstanbulun “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku turnirinin qızıl medalını qazanıblar.
AZƏRTAC xəbər verir ki, istanbullular iki oyunluq final qarşılaşmasının cavab matçında İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə uduzsalar da, ilk oyundakı 90:68 hesablı qələbə sayəsində çempion olublar.
Bu il mübarizəyə Avropa Liqa turnirində başlayan “Qalatasaray” 14 qarşılaşmada 6 qələbə və 8 məğlubiyyətdən sonra Avropa Kuboku turnirində yarışmalı olmuşdu. “Qalatasaray”ın qadın basketbol komandası Avropa Kubokunun yarımfinalında İspaniyanın “Perfumerias Avenida” klubunu mübarizədən kənarlaşdırıb (69:62, 55:57).
Qeyd edək ki, bu, “Qalatasaray”ın Avropa Kuboku turnirində ikinci çempionluğudur. Klubun qadın basketbolçuları 2008-2009-cu il mövsümündə çempion adını qazanıblar. “Qalatasaray” 2013-2014-cü il mövsümündə isə Avropa Liqasının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]