“Qalatasaray” növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 26 noyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” Fransanın “Marsel” klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 12-ci dəqiqədə “sarı-qırmızılar”ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.
Görüşün 68-ci dəqiqəsində “Marsel” penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel “Qalatasaray”ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.
E qrupunun digər matçında İtaliyanın “Latsio” klubu səfərdə Rusiyanın “Lokomotiv” komandasından üstün olub - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk iki yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.
Eyni zamanda Almaniyanın “Bayer” və İspaniyanın “Betis” klubu da yenicə başa çatan oyunların yekununda UEFA Avropa Liqasında mərhələ adlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]