Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 20 santimetr artıb
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 270 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 20 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 120 kubmetr olub. Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 15 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 452, Şirvanda 291, Salyanda 223, Bankədə 203, Novruzlu məntəqəsində isə 163 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]