Qanlı qırğının təşkilatçıları və icraçıları Azərbaycan xalqı qarşısında cavab verməlidirlər
Bakı, 16 yanvar (AZƏRTAC). Gənc Vətənpərvərlər Birliyi (GVB) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə faciə barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, qaniçən sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi faciədən 22 il keçməsinə baxmayaraq günahkarlar hələ də məsuliyyətə cəlb olunmamışlar. Qanlı qırğının təşkilatçıları və icraçıları Azərbaycan xalqı qarşısında cavab verməlidirlər.
Qeyd edilmişdir ki, Azərbaycan xalqı müstəqillik uğrunda şəhid olanları həmişə qəlbində yaşadacaqdır. Qara Yanvar hadisələri əslində Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsidir. Həmin gün xalqımız yüzlərlə övladını qurban vermişdir.
Sonda iştirakçılar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]