Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Xətai rayonunda silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 12 yanvar (AZƏRTAC). Xətai Rayon İcra Hakimiyyəti 20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə bağlı silsilə tədbirlər planı hazırlamışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, plana əsasən rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində Qara Yanvara həsr olunmuş toplantı və anma mərasimləri, “dəyirmi masa”lar keçiriləcəkdir.
Rayon mədəniyyət evlərində və kütləvi kitabxanalarda faciəyə həsr edilmiş fotosərgilər təşkil olunacaqdır. Rayonun bütün ümumtəhsil məktəblərində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir” mövzusunda ədəbi-bədii gecələr və sərgilər təşkil ediləcək, xüsusi dərslər keçiriləcəkdir.
Yanvarın 19-20-də rayonun ərazisindəki “Əhmədli” məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək, Qara Yanvar hadisələrində şəhid və əlil olanların ailələrinə maddi yardım təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]