Qanunsuz ağac kəsən paytaxt sakini cərimələnmişdir
Bakı, 5 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən paytaxtda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reyd zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində 24 santimetr diametrində yaş kökü üstə 3 ədəd şam ağacının fiziki şəxs Yaşar Məmmədov tərəfindən qanunsuz olaraq kəsilməsi faktı aşkar edilmişdir.
Faktla bağlı akt və protokol tərtib olunaraq Y.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə müvafiq qaydada fiziki şəxs qismində 3600 manat məbləğində cərimələnmişdir.
Yaşıllıqların mühafizə olunması məqsədi ilə həmin ərazi departamentin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]