Qara metallar və onlardan hazırlanan məmulatların idxalı artıb
Bakı, 29 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ölkəyə 439,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 505,4 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, 2019-cu ilin eyni dövründə 459,8 milyon dollarlıq 398,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.