“Qarabağ” Azərbaycan Premyer Liqasında rekorda imza atıb
Bakı, 18 mart, AZƏRTAC
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.
AZƏRTAC xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998-1999-cu illər mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996-1997-ci illər mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]