“Qarabağ Azərbaycandır!” adlı seans oyununda Azərbaycan və Türkiyə şahmatçıları iştirak edəcəklər
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da şahmat üzrə kişilərdən ibarət milli yığma komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov “Qarabağ Azərbaycandır!” adlı seans oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, seans zamanı R.Məmmədov, eyni vaxtda 24 şahmatçıya qarşı oynayacaq. Bu şahmatçılardan 12-si Azərbaycan, 12-si Türkiyə şahmatçısı olacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matç “lichess.org” platforması vasitəsilə keçiriləcək. Seans zamanı hər bir şahmatçıya 30 dəqiqə oyuna nəzarət vaxtı nəzərdə tutulub.
Qeyd edək ki, bu təşəbbüs Rauf Məmmədovun özü tərəfindən irəli sürülüb. Tədbir “Təhsil” Respublika İdman Mərkəzi və Türkiyənin “Apaydın” şahmat klubunun dəstəyi ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]