Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ həqiqətlərini İsveç dilində danışmaq: Diaspor nümayəndəsi ilə MÜSAHİBƏ

Bakı, 25 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları milli kimliyimizin yaşadılması, zəngin mədəni irsimizin qorunması və dövlətimizin beynəlxalq arenada tanıdılması istiqamətində mühüm rol oynayırlar. Bu baxımdan İsveçdə formalaşmış və fəallığı ilə seçilən Azərbaycan diasporu xüsusi əhəmiyyət kəsb edir.

İsveçdə yaşayan həmvətənimiz, Höteborq Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi vətəndən uzaqda Azərbaycan reallıqlarının təbliği, diaspor fəaliyyətinin əsas istiqamətləri, elmi və ədəbi yaradıcılıq imkanları, həmçinin İsveçdəki Azərbaycan diasporunun mövcud fəaliyyəti və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a müsahibə verib.

- Səadət xanım, Siz həm elmi tədqiqatçı, həm yazıçı, həm də diaspor lideri kimi fəaliyyət göstərirsiniz. Diaspor mühitində yaşamaq və araşdırma aparmaq Azərbaycan reallıqlarını xaricdə tanıtmaq baxımından sizə hansı yeni imkanlar yaradıb? Bu xüsusda hansı çətinliklərlə qarşılaşırsınız və bu çətinliklərə qarşı sizə stimul verən nədir? İstərdik sizi həm də ətraflı tanıyaq.

Bəli, hazırda İsveçin Höteborq Universitetində dosent və kurs rəhbəri kimi fəaliyyət göstərirəm. Bununla yanaşı, yazıçıyam və İsveçdə fəaliyyət göstərən “Qobustan” - Azərbaycan Aydınlar Ocağı adlı diaspor təşkilatına rəhbərlik edirəm. Eyni zamanda, 2022-ci ildə yaradılmış Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) kimi nüfuzlu beynəlxalq təşkilatın İdarə Heyətinin üzvü və mətbuat katibiyəm.

Avropada yaşayaraq Azərbaycan reallıqlarını həm xarici auditoriyaya, həm də öz millətimizə elmi əsaslarla çatdırmaq mümkündür. Bu istiqamətdə apardığım tədqiqatlar buna bariz nümunədir. Məsələn, böyük şairimiz İmadəddin Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı Avropa elmi databazalarında əldə etdiyim materiallar, eləcə də Qərb alimlərinin təhlilləri onun irsinin xarici auditoriyaya obyektiv şəkildə təqdim olunması üçün möhkəm baza yaradıb. 2019-cu ildə Nəsiminin fəlsəfəsi və poeziyası mövzusunda hazırladığım elmi araşdırmalar və öz tərcümələrim əsasında beynəlxalq auditoriya qarşısında konfransla çıxış etmişəm.

Eyni zamanda, ermənilərin Qarabağı işğal etməsi, torpaqlarımıza qarşı əsassız iddiaları, İrəvanın tarixi Azərbaycan şəhəri olması və burada Türk-Azərbaycan irsinin məqsədli şəkildə silinməsi, eləcə də Qərbi Azərbaycandan soydaşlarımızın etnik təmizləmə siyasəti nəticəsində deportasiya edilməsi faktlarını ifşa etmək məqsədilə genişmiqyaslı araşdırma aparmışam. Bu tədqiqat çərçivəsində ermənilərin şəcərəsi, ilkin məskənləri və Qafqaza miqrasiya prosesləri elmi əsaslarla təhlil olunub.

Araşdırmalarımın nəticəsi olaraq 2020-ci ildə İsveç dilində “Əks-sədalar. Şahidlər Qarabağ, Təbriz və İrəvandan danışır” adlı kitabım nəşr edilib. Kitabda Qarabağ həqiqətləri ilə yanaşı, Güney Azərbaycan reallıqları, eləcə də ikiyə bölünmüş Azərbaycanın tarixi, siyasi və humanitar problemlərindən bəhs edən məqalələr də yer alıb.

Ümumiyyətlə, İsveçdə Azərbaycanla bağlı kitab və ya məqalə nəşr etdirmək asan deyil. Azərbaycan bir türk ölkəsi kimi uzun əsrlər boyu Rusiya və İran imperialist siyasətlərinin təsiri altında Qərbi Avropanın diqqət mərkəzindən kənarda, bir növ kölgədə qalıb. Azərbaycan diasporu burada nisbətən yeni fenomendir. Son 20-25 ildə azərbaycanlılar Avropa cəmiyyətlərinə inteqrasiya etməyə başlayıblar və bu proseslə paralel olaraq Azərbaycan haqqında məlumatlılıq ildən-ilə artmaqdadır.

Universitet mühitində fəaliyyət göstərməyim, elmi təcrübəm və beynəlxalq akademik əlaqələrim Azərbaycan mövzularına həsr olunmuş kitab və məqalələrin nəşrinə müəyyən imkanlar yaratsa da, bu proses olduqca çətindir. Buna baxmayaraq, 2025-ci ildə yazıçı Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanı ingilis dilində mənim tərcüməm və elmi redaktorluğumla işıq üzü gördü. Əlyazmanı onlarla nəşriyyata təqdim etmişdim, lakin əksəriyyətindən “tərcümə qəbul etmirik”, “mövzu maraq dairəmizə daxil deyil” kimi cavablar aldım. Təəssüf ki, bir çox hallarda nəşriyyatlar əsərlə tanış olmadan imtina edirdilər və bu, indiyədək nəşr etdirdiyim kitabların əksəriyyətində rast gəlinən ümumi tendensiyadır.

Nəhayət, çalışdığım Höteborq Universitetinin iki həmkarı – ədəbiyyat üzrə professorlar Riçard Boldvin və Denis Biç tərcüməni və romanın məzmununu yüksək qiymətləndirərək nəşriyyatın mənimlə müqavilə bağlamasına dəstək göstərdilər. Qeyd etmək istərdim ki, bu romanın tərcüməsi üçün təkcə ingilis dilini bilmək kifayət etmirdi. İslam tarixi və terminologiyasını düzgün təfsir etmək, Şah İsmayıl dövründə istifadə olunan Azərbaycan dilinin xüsusiyyətlərini anlamaq, tarixi konteksti dərindən bilmək zəruri idi. Tərcümə prosesi zamanı Şah İsmayıl Xətainin poeziyasını araşdırmış Minorski və digər tanınmış Qərb alimlərinin əsərlərinə mütəmadi müraciət edirdim. Çünki Əzizə Cəfərzadə romanın bədii strukturunu Xətainin qəzəlləri üzərində qurub və mən həmin qəzəlləri orijinal ruhuna uyğun şəkildə təqdim etməyi qarşıma məqsəd qoymuşdum. Bütün bu çətinliklərə baxmayaraq, mənə stimul verən əsas amil əqidəm, gördüyüm işə olan inamım və bu fəaliyyətin həm millətimiz, həm də dünya elmi üçün əhəmiyyətini dərindən dərk etməyim olub.

- Xaricdə yazılmış Azərbaycan ədəbiyyatının bədii dəyəri və Vətəndəki oxucular tərəfindən qəbulu barədə nə düşünürsünüz? Ana dilimizin zənginliyi və tərcümə vasitəsilə Azərbaycan ədəbiyyatını xarici oxucuya çatdırmaq təcrübəniz bu mənada sizə necə kömək edir? Sizcə, diaspor ədəbiyyatının inkişafı üçün nələrə ehtiyac var?

- Xaricdə, xüsusilə İsveçdə diaspor nümayəndələrimiz arasında ziyalılarımızın sayı çox deyil. Yerli dilləri və ya ingilis dilini mükəmməl bilən, eyni zamanda, Azərbaycan ədəbiyyatını və tarixini dərindən tanıyan kadrlara böyük ehtiyac var. Soydaşlarımız mənə hər zaman dəstək olurlar, istəyirlər ki, ədəbiyyatımız və mədəniyyətimiz layiqincə tanınsın, amma təbliğatda çətinliklərlə qarşılaşırıq. Kitab nəşr etdirmək isə çox zəhmətli və bahalı işdir. İlkin korrektura oxunuşu, hətta rəy və redaktorluq işləri üçün də kimsə ödənişsiz yanaşmır. Hesab edirəm ki, bu istiqamətdə davamlı işlər görülməlidir. Çünki bu, bizim ümummilli və Azərbaycanın tərəqqisinə yönəlmiş fəaliyyətimizdir.

- Siz İsveçdə Azərbaycan diasporunu birləşdirən təşkilatlarda fəal rol oynayırsınız. Bu fəaliyyətiniz və gənclərlə bağlı baxışlarınız barədə nə deyə bilərsiniz?

- Mən diaspor fəaliyyətinə 2001-ci ildən başlamışam. O zaman hələ həyat yoldaşımın yaratdığı “ARAZ” mədəniyyət dərnəyinin İdarə Heyətində idim və bizim əsas məqsədimiz ana dilimizi və mədəniyyətimizi yaşatmaq, gələcək nəsillərə ötürmək, müstəqil Azərbaycanı tanıtmaq, Qarabağ uğrunda mübarizə aparmaq, Cənubi azərbaycanlı soydaşlarımıza latın qrafikası ilə yazıb-oxumağı öyrətmək idi. 2010-cu ildə mən bütün İsveçdə fəaliyyət göstərən 23 dərnəyin çətir təşkilatı olan Azərbaycan Federasiyasının (AFİ) İdarə Heyətinə seçildim və o zamandan bəri böyük bir diasporu təmsil etməkdəyəm. AFİ-nin fəaliyyəti olmasaydı yəqin ki, İsveç parlamenti qondarma erməni soyqırımını tanıyacaqdı. Biz nəinki davamlı yazılar, konfranslar və radio çıxışları ilə bunun qarşısını almağa çalışırdıq. Hətta 2017-ci ildə İsveç parlamentində Xaqani İsmailin ”Genocide Committed by Armenians against Muslims, Christians and Jews” adlı tarixi faktlarla zəngin bir kitabının təqdimatını keçirdik və ermənilərin Azərbaycanda törətdiyi soyqırımını ifşa etdik.

2020-ci ildə isə biz yaradıcı işlərdə ziyalıların səylərinin birləşməsi məqsədilə ziyalılardan ibarət “Qobustan” dərnəyini yaratdıq. Biz bu təşkilat vasitəsilə müxtəlif layihələr həyata keçiririk. Məsələn, 2025-ci ilin aprelində Stokholmda ”Azərbaycan Klassik Musiqisi” konsertini İsveç cəmiyyətinə təqdim etdik.

Belə tədbirlərimiz müxtəlif səpkidə və davamlı olur, lakin çox böyük çətinliklə başa gəlir. Xaricdə başqa xalqların diasporları çox olsa da, təşkilatları olan diasporlar azdır. Artıq hər kəsə məlumdur ki, yəhudi və erməni diaspor təşkilatları uzun tarixi təcrübəyə malikdir. Düşünürəm ki, milli düşüncənin inkişafı üçün xalqımız arasında hələ çox iş aparılmalıdır. Xaricdə artıq çox sayda gəncimiz var. Onlar həm Azərbaycanı sevirlər, həm də diaspor fəaliyyətində çox fəaldırlar. Gənclərimiz tədbirlərimizdə hər zaman iştirak edirlər. Müharibə illərində gənclərin sosial medialarda Azərbaycan uğrunda informasiya savaşında necə əzmlə iştirak etdikləri artıq hamıya məlumdur. Lakin bununla yanaşı, gənclərimiz müasir üsullarla, yeni texnologiyalarla, daha böyük tədbirlərlə, savadlı və səriştəli yurddaşlarımızın öndə olduğu konfranslar, sərgilər, konsertlər və s. təşkil etmək istəyirlər.

- Qeyd etdiyiniz kimi, Siz İsveçdə Höteborq Universitetində dosent kimi fəaliyyət göstərirsiniz və müxtəlif tədris proqramlarında iştirak edirsiniz. Pedaqoji fəaliyyətiniz Azərbaycan mədəniyyətini xarici auditoriyaya çatdırmaq baxımından sizə hansı imkanları yaradıb?

- İsveçdə 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Bu fəaliyyətim sayəsində hər il yüzlərlə tələbə və müəllim kollektivi Azərbaycan haqqında mütəmadi məlumatlandırılır.

Qeyd edim ki, əvvəllər Qarabağ, Cənubi Azərbaycan və Türkiyə mövzularından danışanda bizə soyuq münasibət göstərilirdi. Hətta məni erməni tələbələri və kolleqalarımı incitməkdə təqsirləndirirdilər. Bu, mənə olan etimada kölgə salırdı. Bundan öncə mən Stokholm və Umea Universitetlərində işləmişdim. Mənzərə demək olar ki, hamısında eyni idi. Ancaq İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfərimizdən sonra, həmçinin çoxşaxəli uğurlu diplomatiya və xarici siyasət nəticəsində Avropada azərbaycanlılara və Azərbaycana qarşı münasibət xeyli yaxşılaşıb. Hətta layihələr və tədbirlər zamanı da görürük ki, zaman keçdikcə Azərbaycana maraq və hörmət artmaqdadır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Qazaxıstan və Çin Trans-Xəzər marşrutu ilə bağlı 200 milyon dollarlıq investisiya fondu yarada bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Şəhid övladları Milli Məclisdə olublar

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb