“Qarabağ” klubu qış transfer pəncərəsində Reynaldo Silvanı heyətinə qatıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Ağdamın “Qarabağ” futbol klubu 2018-2019-cu il mövsümünün qış transfer pəncərəsində sabiq futbolçusunu - braziliyalı Reynaldo Silvanı heyətinə qatıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, futbolçu ilə iki il yarımlıq müddətə müqavilə imzalanıb.
Braziliyalı futbolçu transferlə bağlı açıqlamasında deyib: “Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. “Qarabağ”ın forması ilə yenidən meydana çıxmağı səbirsizliklə gözləyirəm. Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçi heyəti, azarkeşlər, bir sözlə, bütün “Qarabağ” ailəsi mənim üçün çox doğmadır. Buraya komandaya fayda verməyə və “Qarabağ” ilə yeni uğurlar qazanmağa gəlmişəm”.
Xatırladaq ki, 2013-2016-cı illərdə ağdamlıların heyətində çıxış edən futbolçu 87 oyunda 43 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]