Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ “sudetləri”: uzun sürən nəzəri legitimləşdirmə axtarışlarında

Qarabağ “sudetləri”: uzun sürən nəzəri legitimləşdirmə axtarışlarında

Berlin, 26 yanvar, AZƏRTAC

Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən “sudetləşdirilməsinə” bəraət qazandırmaq üçün nəzəri legitimləşdirmə yolları və arqumentlər axtarışında müəyyən təkamül baş verib. Bu münaqişənin lap əvvəlində erməni tərəfi “miatsum” (yəni “birləşmə”) barədə, necə deyərlər, utanıb-qızarmadan, açıq-aşkar danışırdı. Erməni tərəfi hətta bahar vaxtı doğma diyara qayıdan durnanı (“Krunk”) öz iddialarının rəmzi kimi seçmişdi.

Ərazi iddialarının bu klassik və açıq forması, xüsusən 1975-ci ildə Helsinki Yekun Aktı imzalanandan sonra o qədər də populyar hesab edilmirdi.

“Miatsum”un erməni ideoloqlarını belə “xırda məsələni” bilməməyə görə qınamaq çox sərt olardı, çünki balayanlar, muradyanlar, manuçarovlar və başqaları heç vaxt parlaq intellektləri ilə fərqlənməyiblər. Akademik Aqanbeqyanın Fransa nəşrinə müsahibə şəklində “Avrora”nın siqnal yaylım atəşi ərəfəsində madam Qorbaçovaya brilyant üzüklər və təsviri sənət inciləri hədiyyə edən diaspor müşavirləri də yəqin güman etmirdilər ki, açıq-aşkar ərazi iddiaları barədə şüarlara dünya birliyinin münasibəti soyuq olacaq.

Belə bir vaxtda məşhur Qalina Starovoytova gözlənilmədən erməni siyasi texnoloqlarına öz məsləhətlərini təklif etdi. Biz onun mahiyyəti ilə bağlı bəzi detalları açıqlamaq üçün bir haşiyə çıxmalı olacağıq.

X X X

1989-cu ildə Qalina Starovoytova İttifaqın Xalq Deputatları Qurultayına Ermənistan SSR-dən nümayəndə seçilməsi ərəfəsində kim olub? Ümumiyyətlə desək, heç kim. Onun vaxtılə müdafiə etdiyi dissertasiya işi kobud faktoloji səhvlərlə dolu idi (konseptual səhvlər də öz yerində). Bu işin elmi şuradan necə buraxılması müəmma kimi qalır. O, müəyyən məqamda Andrey Saxarovun ailəsi ilə yaxınlaşıb. Bu ailədə əsas söz sahibi akademikin xanımı Lüsine Gevorkovna Əlixanyan-Bonner idi. Xanım Bonnerin öz ərinə Dağlıq Qarabağ barədə necə məsləhətlər verə biləcəyini güman etmək çətin deyil (SSRİ DTK-nın məlumatına görə, Bonner hətta Saxarovu tez-tez döyürmüş). Belə bir vaxtda hələ gənc olan Qalya özü üçün gözlənilmədən bu mühitə düşür. Qarabağ münaqişəsi qızışanda o, münaqişənin həlli yollarını, necə deyərlər, yerində axtarmaq üçün SSRİ Elmlər Akademiyasının alimlərindən ibarət nümayəndə heyətinin tərkibində (Saxarov da həmin nümayəndə heyətinə daxil idi) Bakıya və Yerevana uçur. Məhz Moskva alimlərinin həmin “məkik diplomatiyası turnesi” çərçivəsində Azərbaycan SSR Elmlər Akademiyasında keçirilən görüşdə Andrey Saxarov gözlənilmədən azərbaycanlı həmkarlarına belə bir sxem təklif edir: “Ermənistan Vardenis və Krasnoselski rayonlarını (qeyd: Ermənistan ərazisində tarixən azərbaycanlıların məskunlaşdığı Şərqi Göyçə mahalı) sizə, siz isə Dağlıq Qarabağı ona verirsiniz. Saxarovun bu təklifinin müqabilində Azərbaycan SSR EA prezidenti Eldar Salayev ona ritorik suallarla müraciət edir: “Siz insanların talelərini belə asanlıqla həll etməyi və sərhədləri dəyişdirməyi Qorkidə sürgündə olarkən öyrənmisiniz? Bəs Dağlıq Qarabağın azərbaycanlı icması bircə anda öz vətənindən kənarda qalacağı barədə düşünmüsünüzmü? Zəngəzurlu, dərələyəzli, vedibasarlı, qərbi qazaxlı azərbaycanlıların birdən-birə Ermənistana düşməsi sizə azlıq edir? İndi şuşalıları da Yerevanın əlinə vermək istəyirsiniz?”

Əlbəttə, Saxarov belə suallara hazır deyildi, buna görə tezcə öz təklifini geri götürdü. Bu görüşdə akademikin iki ay əvvəlki çıxışına görə də onu utandırdılar. O, həmin çıxışında (təbii ki, özünün erməni xanımının məsləhəti ilə) bütün dünyaya bəyan etmişdi ki, Sumqayıtda üç yüz erməni qadın və uşaq öldürülüb. Ona SSRİ Baş Prokurorluğunun rəsmi məlumatını təqdim etdilər. Həmin məlumata görə Sumqayıtda cəmi 32 adam, o cümlədən 26 erməni və 6 azərbaycanlı həlak olub. Ölənlər arasında heç bir uşaq olmayıb. Bundan əlavə, SSRİ Baş Prokurorluğunun məşhur residivist, iyirmi altı ermənidən altısını şəxsən özü öldürmüş Eduard Qriqoryan barədə rəsmi materiallarını da Saxarova təqdim etdilər. Saxarov bu sənədlərə baxandan sonra qızarıb üzr istədi: “Bağışlayın, məni lazımınca məlumatlandırmayıblar”.

Akademik Saxarov arvadı Lüsyanın “icazəsi” olmadan üzrxahlıq edəndən sonra evdə necə cəzalandırıldığını bilmirik, amma bunu bilirik ki, Saxarov “üç yüz erməni qadın və uşaq” barədə məsuliyyətsiz və yalan bəyanatını bütün dünya qarşısında səsləndirmiş, üzrxahlığı alimlərin kiçik qrupu qarşısında dörd qapalı divar arasında etmiş, amma sonradan özünün çadırdığı dünya auditoriyası qarşısında bu üzrxahlığı təkrar etməmişdi.

Biz SSRİ EA nümayəndə heyətinin Bakıya və Yerevana bu səfərini heç də təsadüfən xatırlamadıq. İş burasındadır ki, Qalina Starovoytova da nə yollasa, çox güman ki, Saxarovun suflyoru kimi həmin nümayəndə heyətinin tərkibinə düşmüşdü. O vaxt özünün maksimal elmi həddi olan “elmlər namizədi” dərəcəsi almış Starovoytovanı yəqin ki, Saxarov özü götürmüşdü. Nümayəndə heyətinin səfər proqramı çox zəngin idi, proqrama əsasən bir neçə başqa görüş də nəzərdə tutulmuşdu. Belə görüşlərin birində Qalina Starovoytova bossun xəbəri olmadan “aradan çıxaraq” yenə Azərbaycan SSR Elmlər Akademiyasına, Azərbaycan alimlərindən israrla xahiş edərək razılıq aldığı separat görüşə getmişdi. Mənim mərhum atamın da iştirak etdiyi həmin görüşdə Starovoytova Moskvada geniş əlaqələri olduğunu bildirir və heç kəsin gözləmədiyi halda Azərbaycanın mövqeyini “piar etmək” xidmətlərini təklif edir. Onun Moskvadakı əlaqələrinin nə dərəcədə “geniş” olduğunu deyə bilmərik, amma özünün “informasiya dəstəyi” müqabilində Bakıdan “boş bir şey” - bir ildən sonra keçiriləcək SSRİ Xalq Deputatları Qurultayına Azərbaycandan nümayəndə seçilməsini xahiş edir. Ona sadəlövhcəsinə cavab verirlər ki, Azərbaycan tərəfin işi haqq işidir və bizim muzdlu lobbiçilərə ehtiyacımız yoxdur.

Bundan sonra Starovoytova Yerevana uçur və orada onun analoji təklifini məmnuniyyətlə qəbul edirlər. Beləliklə o, Ermənistandan SSRİ xalq deputatı olur və “arsax xalqının öz müqəddəratını təyinetmə hüquqları uğrunda alovlu mübariz” kimi adı Vikipediyaya düşür.

Həmin gün axşam atam moskvalı qonağın şokedici təklifi barədə danışanda biz çaşıb qalmışdıq: Azərbaycanın apriori ədalətli mövqeyinin müdafiə olunması müqabilində haqq istəmək olarmı! İlahi, o vaxt biz necə də sadəlövh olmuşuq. Bizə elə gəlirdi ki, əgər həqiqət varsa onu hamı bilməlidir və bunun müqabilində heç kəsə heç bir haqq ödəmək lazım deyil, çünki həqiqət elə həqiqətdir. O vaxt biz bilmirdik ki, bu riyakar dünyada vəziyyət başqadır. Biz hələ bilmirdik ki, bu dünyada “apriori” heç nə olmur. Yeri gələndə südə ağ, kömürə isə qara demələri üçün kimlərəsə balıq kürüsü də yedirtmək lazım imiş. Biz onu da bilmirdik ki, erməni diasporundan bəxşiş kimi əla markalı bir şüşə erməni konyakı alanda, illah da brilyant üzük alanda əsla utanıb-çəkinmədən südə qara deyərlərmiş. O vaxta qədər Qərbdə özlərinin yüz illik tarixə malik diasporu olan ermənilər isə bu riyakar dünyanın mahiyyətini öyrənməkdə bizi çox qabaqlamışdılar.

X X X

Lakin gəlin “miatsum” məsələsinə qayıdaq. 

SSRİ Ali Soveti Rəyasət heyətinin 18 iyul 1988-ci il tarixli iclasında digər dövlətin razılığı olmadan “birləşmə” barədə tezisin həddən artıq kobud olması qeyd ediləndə o vaxta qədər Ermənistan Respublikasından deputat seçilməsi vədi edilmiş Starovoytova bu vədin əvəzini ödəmək üçün ermənilərin köməyinə gəldi. Bu dəfə o, taktiki gediş təklif etdi: açıq-aşkar “miatsum” ideyasını “xalqların təyini-müqəddarat hüququ” adı ilə pərdələdi.

Bu arqumentin zəif olması və onun nəzəri mahiyyətinin ermənilər tərəfindən düzgün şərh olunmaması dəfələrlə sübut edilib, lakin Ermənistanda onu əvvəlki şəklində təkrar edirlər. İndi - BMT-nin Kosovo üzrə Beynəlxalq Məhkəməsi Kosovo ilə digər separatist keyslər arasında presedent əlaqə olmadığı birmənalı şəkildə qeyd edildiyi, Krımda keçirilmiş “referendum”un dünyada tanınmadığı, Kataloniyada separatizmin hər yerdə qınandığı bir vaxtda Yerevanda narahat olublar: “Dağlıq Qarabağ üzrə Minsk konfransı toplaşanda bizə də eyni cavab verilməyəcəkmi?”

Ermənilər gec başa düşüblər ki, qeyri-məhdud təyini-müqəddərat barədə tezis özbaşına işləmir, onu xoşagələn və inandırıcı şəkildə möhkəmlətmək lazımdır. Bax, bu məqamda erməni tərəfinin leksikonunda (ola bilsin ki, Brüsseldə və ya Vaşinqtonda növbəti bir “starovoytova”nın məsləhəti ilə) yeni gəlişigözəl ifadələr yaranıb. Son vaxtlar Ermənistanın siyasi dairələrində Qarabağ məsələsini ... insan haqları ilə əlaqələndirmək dəb düşüb. Belə çıxır ki, Dağlıq Qarabağ məsələsi insan haqları sahəsinə aiddir. Qəşəng səslənir, elədirmi?

Razılaşın ki, indi insan haqları mövzusu dəbdədir və Qərbdəki siyasətçilər sözün hərfi mənasında bu mövzuya aludə olublar. Bəs necə! Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkün olmadığını əsaslandırmaq üçün “Freedom House” təşkilatının “azadlıq kartı”ndan istifadə etməmək olarmı!

Mən bir dəfə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın “Alman dalğası” nəşrinə müsahibəsini şərh etmişdim. Həmin müsahibə zamanı jurnalist Janna Nemtsova özünün kəskin və “naqolay” sualları ilə naziri sıxışdırır. Buna görə əsəbiləşən Nalbandyan müxbirin şəxsiyyətinə toxunaraq, onun müsahibə almağa “hazır olmadığını” demişdi (bax: http://azertag.az/ru/xeber/1037652). İndi isə prezident Serj Sarkisyan insan haqlarının Dağlıq Qarabağda münaqişənin əsas tərkib hissəsi olması barədə sözləri AŞPA tribunasından tutuquşu kimi təkrar etməyə başlayıb. Onun sözlərinə görə, “əgər Qarabağ Azərbaycana qaytarılsa, bunun ardınca soyqırımı törədiləcək”.

Amma təbii ki, günəşli Ermənistandan olan qonaq, nüfuzlu auditoriya qarşısında bir məqamı dəqiqləşdirməyib ki, Qarabağda (həmçinin Ermənistanın özündə) elə həmin “arsaxlılar”, amma (bir dəqiqə dözün) Azərbaycan millətindən olan “arsaxlılar” barəsində soyqırımı artıq törədilib və orada insan haqları (ən başlıcası - insanın öz evində təhlükəsiz yaşamaq hüququ) çoxdan, özü də şəxsən Serj Sarkisyanın iştirakı ilə pozulub.

Amma bu dəqiqləşdirməni Sarkisyanın əvəzinə başqa natiqlər edəcəklər. Heç şübhə etməyin, onlara da mikrofon çatacaq.

Ona görə, starovoytovaların, engellərin, müxtəlif baronessaların və digər müftə konyak həvəskarlarının əziz podratçıları, Dağlıq Qarabağın “sudetləşdirilməsi”nə haqq qazandırmaq yolları axtarışında sizin “miatsum” və “xalqların təyini-müqəddərat hüququ” barədə tezisiniz kimi, insan haqları sahəsində bu məsələ barədə nağıllarınız da biabırçı şəkildə puç olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub