“Qarabağ” “Zirə”yə qalib gələrək liderliyini qoruyub
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də futbol üzrə Topaz Premyer Liqasında XVII tur çərçivəsində lider “Qarabağ” paytaxt təmsilçisi “Zirə”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, oyunda ağdamlılar 2:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə isə Dino Ndlovu adını tabloya yazdırıb - 2:0. Oyun bu hesabla da başa çatıb.
Bu oyundan sonra “Qarabağ” komandası “Qəbələ”ni bir xal üstələyərək turnir cədvəlindəki liderliyini qoruyub. “Zirə” 21 xalla dördüncü, AZAL isə 8 xalla sonuncu - səkkizinci sıradadır.
Turun digər görüşləri fevralın 9-da oynanılacaq. “Sumqayıt” komandası “Kəpəz”i, “İnter” isə “Neftçi”ni qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]