Qarabağa investisiya yatırmaq üçün müraciət edən Türkiyə şirkətlərinin sayı açıqlanıb

Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün nəinki Türkiyənin Azərbaycana yatırmış olduğu investisiyalar, o cümlədən Azərbaycanın Türkiyəyə yatırmış olduğu investisiyalar xarici ölkələrə yatırılmış olan investisiyalarla müqayisədə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara qədər investisiya yatırıb. O cümlədən Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran Türkiyə şirkətləridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov bu gün Bakıda keçirilən "Heydər Əliyev-100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda deyib.
O bildirib ki, infrastruktur və digər sahələrdə olan ən strateji layihələrimiz bu göstəricilərin ortaya çıxmasında baza rolunu oynayıb.
“Bu gün Türkiyə şirkətlərinin Qarabağa investisiya yatırması üçün 111 müraciət var. Bütün bunlar onu deməyə əsas verir ki, önümüzdə müəyyən olunan hədəflər böyük nəticələr əldə etməyə səbəb olacaq. Türkiyə şirkətlərinin sektoral və sahələr olaraq təşkilatda olmaq mədəniyyəti və təcrübəsi kifayət qədər yüksəkdir və biz bu təcrübədən gələcəkdə istifadə edəcəyik”, - deyə N.Həsənov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [14:47]
AZAL-ın Lahora planlaşdırılan bugünkü reysi cədvələ uyğun həyata keçiriləcək
- 12.05.2025 [12:41]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 faizdən çox artıb
- 12.05.2025 [12:14]
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
- 12.05.2025 [10:35]