Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın “Parisi”ndə fransız dili sevgisi

Bakı, 17 iyun, AZƏRTAC

“Çar Rusiyasını gəzdikcə, mən zadəgan ailələrdə fransız dilinin necə işlək olmasına heyrət edirdim. Xüsusilə kübar qadınlar öz ərlərindən daha mükəmməl fransızca danışırdılar. Ərləri ticarət, siyasətlə məşğul olduqları vaxtda,...xanımlar fransız dilində romanlar oxuyaraq, ədəbi fransız dilini mənimsəmişdilər…” Bu sətirlər görkəmli fransız yazıçısı və səyyahı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərindəndir. A. Düma, həmçinin Qafqazda olduğu müddətdə görüşdüyü zadəgan ailələrdə işlədilən fransız dilinin mükəmməlliyinə diqqət çəkir. Xurşidbanu Natəvanın əri, Xasay xan Usmiyevlə görüşü barədəki qeydlərində, yazıçı Xasay xanın mükəmməl fransızcasından heyrətləndiyini yazır: “Xasay xanla danışdıqca mənə elə gəlirdi ki, sanki bir fransız yazıçı dostumla danışıram. O hətta məndən xahiş elədi ki, şəxsən tanıdığı dostum Marmyeyə onun salamını çatdırım…”

XIX əsrdə fransız dili bütün çar Rusiyasında olduğu kimi, Azərbaycanda da zəruri dil idi. Azərbaycanın Fransa ilə ticarət əlaqələri, fransız iş adamlarının Bakıdakı neft mədənlərinə sərmayələr yatırması, fransız səyyahların Azərbaycana səfərləri kimi şərtlər bu dilə olan marağı daha da gücləndirirdi. Banin təxəllüslü yazıçı, Bakı neft milyonçularının varisi, Fransada mühacirətdə yaşayıb-yaradan və Parisdə vəfat edən Ümmülbanu Əsədullayevanın “Qafqaz günləri” və “Paris günləri” kimi bioqrafik əsərlərində biz bunu aydın görə bilirik. Baninin bioqrafiyasında ölkənin zadəgan kəsiminin ailədə fransız dili müəllimi, fransızdilli dayələr saxlaması və fransız dilindən ana dili qədər geniş istifadə etmələri barədə geniş təsvirlər yer alır. Çar ailəsi, rus zadəganlarının fransız dili sevgisi, bu dilin gündəmdə olmağı bizim milli burjuaziyanı laqeyd qoymamış, övladlarının təhsilinə, dünya görüşünə yatırım edən azərbaycanlı neft milyonçuları, zadəganlar övladlarının fransızca öyrənməsini zəruri hesab etmişdilər.

Bu fikirlər “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Qarabağın “Parisi”ndə fransız dili sevgisi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: “1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti də bu ənənənin davamı olaraq, Avropa ölkələrində təhsil almaq üçün 100 nəfər tələbə göndərmişdi. Onlardan 42 nəfəri də məhz Fransada təhsil almağa yollanmışdı. “Cümhuriyyət tələbələri” adlandırılan tələbələr arasında Aslan bəy Vəzirov, Mustafa bəy Vəkilov, İsrafil Əşrəfov, Rəşid bəy Topçubaşov, Zaur bəy Daqirov, Teymur bəy Aslanov, Zeynalabdin Hüseynov və Xaspolad bəy Hacıyev və başqaları Paris Universitetində təhsil almışdılar. Fransada təhsil alan azərbaycanlı tələbələrin bir çoxu Cümhuriyyətin süqutunun sonra siyasi motivlərə görə Azərbaycana qayıda bilməmiş və Fransada qalmışdı.

Hələ çar dövründən bu zəngin dilin tədrisi həyata keçirilən bölgələrdən biri də Şuşa idi. Fransız dilinin tədris edildiyi məktəblərdən biri Şuşa şəhər məktəbi idi ki, sonralar onun bazasında altı siniflik Şuşa realnı məktəbi Xurşidbanu Natəvanın maliyyəsi ilə tikiləcəkdi. Çox güman ki, Xan qızı fransız dilini mükəmməl bilən əri Xasay xanla çar Rusiyasını gəzdiyi zaman, fransız dilinin zövq, yüksək mədəniyyət göstəricisi olduğunu anlamış və bu dilin tədris edildiyi bir məktəbə yatırım etməyə həvəs göstərmişdi. Hər iki məktəbdəki şagirdlər, əsasən, azərbaycanlı və erməni uşaqları olsa da, qeyri millətlərdən olan az sayda şagirdlər də var idi.

XIX əsrin ikinci yarısından etibarən fransız dilinin tədris olunduğu Şuşada bu dilə maraq onilliklər boyu davam etdi. Bu məktəb dünyaya fransızdilli azərbaycanlılar təqdim edə bildi. Onlardan biri də yazıçı, siyasi xadim Əhməd bəy Ağaoğlu idi.

Əhməd bəy Ağaoğlu zadəgan ailəsində doğulmuşdu. Hər iki valideyni məmur, bəy, ziyalı ailələrdən gəlirdi və belə bir ailədə doğulan uşağın taleyi artıq qismən müəyyən edilmişdi. Kiçik yaşlarında ata tərəfi Əhmədin fars və ərəb dillərində təhsil almasında maraqlı idi. Amma Əhmədin anası Tazə xanım oğluna gizlicə rusdilli müəllim tutur. Rus dilinin sayəsində Əhməd bəy Qərb dünyası, Qərb mədəniyyəti və dəyərləri ilə tanış olur.

Onu Parisə, Sorbona aparan əslində fransız dili idi ki, bu dili Əhməd bəy Şuşa realnı məktəbində öyrənməyə başlamışdı. 1881-ci ildə Şuşada 4 sinifli Şuşa şəhər məktəbi açılanda Qafqaz canişini Mixail Nikolayeviç Şuşanın müsəlman kəsiminin əsas nümayəndələrini Xurşidbanu Natəvanın evində toplayaraq uşaqlarını bu məktəbə göndərmələrini istəmişdi. Əhməd bəyin atası Mirzə Həsən bəy bu görüşdə iştirak etmiş və oğlunu məktəbə göndərəcəyinə söz vermişdi.

Fransız dilini Şuşa realnı məktəbində öyrənməyə başlayan Əhməd bəyi tale Parisə apardı. Orda fransız dilini Sorbonna universitetində mükəmməl öyrənən Ağaoğlu Parisin qapalı ziyalı klublarına üzv olaraq, bir çox fransız ziyalılarla əlaqə qurdu, məşhur fransız jurnallarında məqalələr dərc etdirdi.

Əhməd bəyin fransız dilinə, bu dilin tədrisinə sevgisi onu Parisdən Şuşaya qaytardı. 1896-cı ildə, o, Şuşaya qayıdaraq əvvəl oxuduğu Şəhər məktəbinin bazasında fransız sinfi yaradır və bu dili tədris etməyə başlayır. Həmin vaxt Şuşa real məktəbi Xurşidbanu Natəvanın maliyyəsi ilə tikdirilmişdi və gözəl binaya sahib idi. Fransız dili dərsi dediyinə görə onu Şuşada “firəng Əhməd” deyə çağırırdılar.

Əhməd bəyin pedaqoq kimi fəaliyyəti Şuşada uzun çəkmədi. 1920-ci ildə bolşeviklərin Şuşanı tutması ilə Əhməd bəy doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Həmin illərdə regionda baş verən etnik çaxnaşmalar nəticəsində Şuşa realnı məktəbi, Əhməd bəy Ağaoğlunun evi tamamilə yandırılmışdı. Tale bu dəfə onu Türkiyəyə apardı və Əhməd bəy orada siyasi karyerasını qura bildi, Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.

Onun fransız dilinə marağı, sevgisi, Şuşada davam etdirdiyi fransız dilinin tədrisi isə bu şəhər camaatı üçün bir ənənə olaraq qaldı.

Şəxsən tanıdığım və birlikdə çalışdığımız, vaxtilə atası Şuşanın şahmat məktəbinin direktoru kimi fəaliyyət göstərən deputat Tural Gəncəliyevin taleyində də fransiz dili ilə bağlı maraqlı bir iz var:

“Biz hər gün Əhməd Ağaoğlunun yaşadığı küçədən keçib məktəbə gedirdik. Fransız dilinə sevgimizin əsas səbəbi Əhməd bəy Ağaoğlunun həyat hekayəsi idi. Müəllimimiz bizə Əhməd bəyin Şuşada fransız dilini öyrənməsindən, sonra Parisə gedib Sorbonda təhsil almağından danışdıqca bizim fransız dilinə, mədəniyyətinə sevgimizi artırdı. Onun hekayəsi bizə gələcəkdə xaricə gedib təhsil almaq üçün motivasiya verirdi”, - deyə Tural bəy xatırlayır.

Hazırda Şuşada realnı məktəbinin binası, Əhməd bəy Ağaoğlunun, Xurşidbanu Natəvanın evləri dağılmış vəziyyətdədir. Onilliklər boyu azərbaycanlı və erməni şagirdlərin fransız dilini öyrəndiyi, Qərb mədəniyyəti ilə tanış olduğu Şuşanın “Renessans” dövrü indi ancaq xatirələrdə yaşayır.

İndi xatirələrdə yaşayan bu dövr bizə sübut edir ki, Qarabağın, xüsusilə Şuşanın əzəmətli maarifçilik ənənəsi bizim həm də qan yaddaşımızdadır və mütləq oraya qayıdıb ənənələri davam etdirməliyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir