Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs olunublar
Qazax, 26 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Coşqun Məmmədov və Nuran Məmmədov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar. Onların barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:56]
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]