QARS HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Türkiyənin Qars şəhərinə gəlmişdir.
Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli oğlan və qız Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdi.
######
