QAX MEŞƏÇİLƏRİ ƏKİN PLANINI YERİNƏ YETİRMİŞLƏR
Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə müəssisə tərəfindən 12 hektara yaxın tinglik sahəsində 2 milyonadək əkin materialı yetişdirilmiş və yeni salınan meşəliklərə 200 mindən çox ting köçürülmüşdür. Əkin zamanı qoz, şabalıd, palıd, akasiya, katalpa və digər qiymətli ağac növlərinə daha çox üstünlük verilmişdir. Hazırda rayonda dövlət meşə fonduna aid 31 min hektara yaxın meşə sahəsi vardır.
Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq, əhalinin, idarə və təşkilatların, habelə şəhid ailələrinin odun yanacağına tələbatını ödəmək məqsədi ilə müəssisənin kollektivi kök üstə qurumuş ağacların və seyrəltmə nəticəsində yaranmış tör-töküntülərin hesabına 3 min kubmetrə yaxın odun ayıraraq, vətəndaşlara və müəssisələrə paylamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]