Qaxda faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir
Qax, 8 may (AZƏRTAC). 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə Qax şəhərində ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və müharibə veteranları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzmüşlər.
Müharibə veteranlarını əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev faşizm üzərində Qələbənin təmin olunmasında altı yüz mindən artıq azərbaycanlının iştirak etdiyini xatırlatmış, həmvətənlərimizin ön və arxa cəbhələrdəki fədakarlığından danışmışdır. Natiq tarixi qələbənin əldə edilməsində Qaxın igid oğul və qızlarının da böyük şücaət və qəhrəmanlıq göstərdiyini, onların bir çoxunun müharibədə həlak olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına olan münasibətin də kökündən dəyişdiyini, ölkəmizdə müharibə veteranlarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirmişlər.
Daha sonra tədbir bayram süfrəsi ətrafında davam etdirilmişdir. Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən müharibə veteranlarına maddi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]