QAXIN ƏLİBƏYLİ KƏNDİNİN SEL SULARINDAN MÜHAFİSƏZİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Qax, 12 aprel (AZƏRTAC). Qax rayonunun Əlibəyli kəndinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədi ilə Kürmük çayı məcrasının sağ sahilində 300 metr uzunluğunda yeni beton bəndin tikintisinə başlanmışdır.
Rayon suvarma sistemləri idarəsinin rəisi Soltan Camalov bildirmişdir ki, hər il Kürmük çayında baş verən daşqınlar zamanı sel suları Əlibəyli kəndinə də müəyyən ziyan vurur, mövcud köhnə bəndlər bu suların qarşısını tam ala bilmir.
Yeni bəndin tikintisini “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Azərkörpü” ASC-nin kollektivi həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]