Qaydaları pozan sürücülər barədə inzibati tənbeh tədbirləri görülüb VİDEO
İmişli, 24 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində növbəti profilaktik tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı avtomobillərdən havaya atılan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb. Tədbir zamanı digər qayda pozuntusuna yol verən sürücülərə də rast gəlinib. Həmçinin sərxoş vəziyyətdə avtomobili idarə edən sürücülər aşkarlanıb.
Qayda pozuntularına yol verən sürücülər barədə inzibati tənbeh tədbirləri görülüb.