Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilir
Bakı, 7 iyul, AZƏRTAC
Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə dövlət rüsumu ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Belə ki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar iki qanuna – “Dövlət rüsumu haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeni “Qaz təchizatı haqqında” Qanunda ləğv edilmiş 1998-ci il 30 iyun tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir). Eyni zamanda, “Energetika haqqında” Qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:17]
Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]