Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAZAX OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

QAZAX OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz qazaxlılar!

Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Qazax Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, bu gözəl Olimpiya kompleksində idmançılar çox uğurla çıxış edəcəklər. Gənc idmançılar burada məşqlər edəcək, Qazax sakinləri idmanla məşğul olacaqlar. Həm idmanla məşğul olmaq, həm də dincəlmək, asudə vaxt keçirmək üçün burada bütün imkanlar var. Bu, olimpiya kompleksidir, idman, istirahət, turizm mərkəzidir. Burada gözəl üzgüçülük hovuzu, gözəl idman salonları, məşq otaqları, mehmanxana, kotteclər tikilibdir, çox böyük ərazisi var. Əminəm ki, qazaxlıların istifadəsinə verilən bu kompleks uzun illər ərzində xidmət göstərəcək və sakinlər buradan çox səmərəli şəkildə istifadə edəcəklər.
Mən xatırlayıram, iki il bundan əvvəl burada kompleksin tikintisi ilə tanış olurdum, görürdüm ki, iş gedir. O vaxt göstəriş vermişdim ki, kompleks dünyanın ən yüksək standartlarına uyğun şəkildə tikilsin, burada ən müasir avadanlıq quraşdırılsın. Dünyada hansı ən qabaqcıl texnologiya, hansı ən müasir avadanlıq, tikinti materialları varsa, burada tətbiq olunsun. Mən çox şadam ki, bu gözəl kompleks dünyanın ən yüksək standartlarına cavab verir. Azərbaycanda belə komplekslərin tikintisi bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsi üçün çox böyük işlər görülür. Qazax Olimpiya kompleksi Azərbaycanın müxtəlif bölgələrində tikilən 11-ci böyük olimpiya mərkəzidir. Bundan əlavə, Bakıda müxtəlif idman qurğuları - Heydər Əliyev adına İdman-Konsert Kompleksi əsaslı təmir olunub, bulvarda yerləşən İdman sarayı təmir edilib, Mingəçevirdə avarçəkmə bazası yenidən qurulur. Federasiyaların xətti ilə müxtəlif idman salonları tikilir. Yəni, Azərbaycanda idmanla məşğul olmaq üçün çox gözəl şərait var və mən əminəm ki, gələcək illərdə bizim ardıcıl, məqsədyönlü siyasətimiz nəticəsində Azərbaycanın hər bir yerində ən müasir idman qurğuları tikiləcəkdir. Deyə bilərəm ki, hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 20 olimpiya kompleksi ya tikilir, yaxud da ki, onların tikintisi üçün hazırlıq işləri görülür. Bu, çox böyük quruculuq işləridir. Biz buna çox böyük investisiya qoyuruq. Amma biz bu investisiyaları insanların sağlamlığına qoyuruq, uşaqların idmanla məşğul olmasına qoyuruq. Bu investisiyaları Azərbaycanın gələcəyinə qoyuruq. Çünki idmanla məşğul olan insanlar, uşaqlar həm fiziki cəhətdən güclü olurlar, eyni zamanda, mənəvi cəhətdən də çox möhkəm, saf olurlar.

Biz də gələcək nəslimizi bu cür yetişdirməliyik. Onlar fiziki cəhətdən güclü, vətənpərvər olmalıdırlar və mənəvi cəhətdən Azərbaycan xalqına xas olan ən yüksək xüsusiyyətlərə malik olmalıdırlar.

Hər bir cəmiyyətin həyatında idmanın çox böyük rolu vardır. İdman həm ölkənin şöhrətini ucaldan bir sahədir, həm insanları fiziki cəhətdən sağlam edən sahədir, eyni zamanda, sosial sahədir. Bütün bu amillər idmanı ən cəlbedici və hər bir ölkədə çox mühüm yer tutan sahəyə çevirir. Mən çox şadam ki, Azərbaycanda idmana münasibət ən yüksək səviyyədədir. Dövlət xətti ilə bu münasibət göz qabağındadır. Azərbaycanda müxtəlif idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, cəmiyyətləri bir komanda şəklində fəaliyyət göstərirlər. Bir nöqtəyə vururlar ki, bu da Azərbaycanda idmanın güclənməsi, olimpiya hərəkatının yayılmasıdır.

Mən çox şadam ki, Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsi ilə bərabər, idmançılarımız beynəlxalq yarışlarda da çox gözəl nəticələr göstərirlər. Hər il idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə qızıl, gümüş, bürünc medallar qazanırlar. Dünya, Avropa çempionatlarında Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir, Azərbaycanın idman şöhrəti yüksəlir. Müstəqil ölkə kimi bizim Olimpiya oyunlarında iştirakımız da çox uğurlu olubdur. Sidney və Afina Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları səkkiz medal qazanmışlar. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir. Təsadüfi deyil ki, beynəlxalq olimpiya qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır, bizim fəaliyyətimizi çox yüksək qiymətləndirir və Azərbaycanda idmana olan münasibəti başqa ölkələrə də örnək, nümunə kimi göstərirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycanda dövlət səviyyəsində idmana çox böyük dəstək var, əməli, praktik işlər görülür. Azərbaycan Milli Olimpiya Komitəsi çox fəaldır və beynəlxalq idman, olimpiya qurumları ilə də bizim əməkdaşlığımız çox səmərəlidir və uğurludur. Bu yaxınlarda, keçən ay Masallıda Olimpiya mərkəzinin açılışında Avropa Olimpiya Komitəsinin prezidenti iştirak edərkən demişdir ki, Azərbaycanda idman sahəsində çox böyük işlər görülür.

Biz çalışırıq ki, Azərbaycanda müxtəlif beynəlxalq yarışlar da keçirilsin. Gələn ay Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. Ondan sonra, bu il Bakıda güləşin bütün növləri üzrə dünya çempionatı keçiriləcəkdir. Bu onu göstərir ki, bizə çox böyük inam var, etimad var və beynəlxalq qurumlar bilir ki, Azərbaycanda istənilən yarış ən yüksək səviyyədə keçiriləcəkdir. İndi təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində də ən mötəbər beynəlxalq yarışların keçirilməsi mümkündür. Mən bu gün bu komplekslə tanış olarkən göstəriş verdim ki, burada müxtəlif idman növləri üzrə həm Azərbaycan çempionatları keçirilsin və həm də beynəlxalq yarışlar keçirilsin. Bunu etmək üçün bütün imkanlar var. Beynəlxalq idman qurumları ilə bizim səmərəli əməkdaşlığımız, əlbəttə ki, Azərbaycanda idman hərəkatını daha da gücləndirir.

Bildiyiniz kimi, artıq bu sahədə bizim çox gözəl təcrübəmiz var. Növbəti addımımız da Azərbaycanın həm idman sahəsinə olan diqqətdir, eyni zamanda, Azərbaycanın ümumilikdə potensialını göstərir. Bu addım da ondan ibarətdir ki, bu yaxınlarda biz 2016-cı ildə Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişik. Bu, Azərbaycanın çox böyük iqtisadi və siyasi potensialı olan ölkə kimi göstərilməsidir. Biz artıq bəyan edirik ki, biz bunu etməyə hazırıq. İqtisadi potensialımız buna imkan verir, Azərbaycanda idman infrastrukturu yaradılıb və o vaxta qədər daha da möhkəmlənəcəkdir. Azərbaycanı idman ölkəsi kimi tanıyan beynəlxalq qurumlar əlbəttə ki, bizə çox böyük diqqətlə yanaşırlar.Mən əminəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı idman sahəsində də daha böyük uğurlara gətirib çıxaracaqdır.

Gələn il Çində Olimpiya oyunları keçiriləcək və bizim idmançılarımız da bu oyunlara hazırlaşırlar. Təlim-məşq toplanışları da çox vacibdir və yüksək səviyyədə keçirilməlidir. Bir daha demək istəyirəm ki, bu toplanışların istənilən bölgədə keçirilməsi mümkündür.

Bir sözlə, idman həm insanı fiziki cəhətdən gücləndirir, həm mənəvi cəhətdən, həm də gənc nəslə imkan yaradır ki, öz fiziki sağlamlığını möhkəmləndirsin, asudə vaxtını səmərəli keçirsin. İdman sağlamlıqdır. Bizə isə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır. Biz müharibə şəraitində yaşayırıq və əlbəttə, həmişə hazır olmalıyıq ki, torpaqlarımızı istənilən yolla, hərb yolu ilə azad edək. Bunu etmək üçün hazırlıq çox güclü olmalıdır və uşaqlar vətənpərvərlik ruhunda böyüməlidir. Qazax rayonu da ön cəbhədədir, Ermənistanla həmsərhəddir. Qazaxlılar öz doğma torpaqlarını həmişə rəşadətlə qorumuşlar. Müharibədə çox böyük itkilər vermişlər, ancaq Azərbaycanın ərazi bütövlüyünü qorumuşlar, öz sərhədlərini qorumuşlar. İmkan verməmişlər ki, düşmən öz çirkin niyyətlərini burada həyata keçirsin. Halbuki, belə niyyətlər var idi. Qazaxlılar həmişə çox böyük məharətlə, böyük cəsarətlə doğma torpağımızın keşiyində durmuşlar. Azərbaycan xalqı bunu bilir və çox yüksək qiymətləndirir.

Bu gün rayonun inkişafında gedən müsbət proseslər məni çox sevindirir. Qazağın iqtisadi potensialı güclənir, icra hakimiyyəti başçısının çıxışında səslənən rəqəmlər bunu əyani şəkildə göstərir. Burada böyük infrastruktur layihələri həyata keçirilir. Yol infrastrukturu yeniləşir. Bakı-Qazax avtomobil yolu tikilir və yəqin ki, bu yaxınlarda ən müasir, ən gözəl standartlara uyğun şəkildə istifadəyə veriləcəkdir. Gözəl olimpiya kompleksi tikilmişdir. Bildiyiniz kimi, bir müddət bundan əvvəl mənim göstərişimlə Qazaxda böyük Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə başlanmışdır və artıq qurtarmaq üzrədir. Bu da rayonun inkişafına çox böyük töhfədir. İnsanlar orada gözəl müalicə olunacaqlar, tibbi müayinədən keçəcəklər. Ağır xəstələr, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, həftədə 2-3 dəfə Bakıya getməyə məcbur idilər. Onlar burada keyfiyyətli müalicə alacaqlar və bu mərkəz insanların sağlamlığına çox böyük dəstək olacaqdır.

Körpülər tikilir, məktəblər tikilir, müəssisələr, fabriklər işə başlayır, iş yerləri açılır. Yəni bütün ölkədə gedən proseslər Qazaxda da gedir və Qazaxın siması dəyişir. Mən Qazaxda dəfələrlə olmuşam və bu gün buraya gələrkən bu gözəl dəyişiklikləri gördüm. Yeni parklar salınır, küçələr abadlaşır, çox gözəl xiyabanlar salınır, binalar tikilir. Budur Azərbaycanın bugünkü reallıqları, budur bizim siyasətimizin əməli, praktik nəticələri.

Bizim siyasətimiz görülən real işlərdir, həll olunan məsələlərdir. İnvestisiya qoyuluşu, sosial məsələlərin həlli, quruculuq, abadlıq işləri, inkişafdır. Azərbaycanın ümumi inkişafı çox sürətlə gedir. Qazax rayonu da çox sürətlə inkişaf edir. Biz iqtisadi inkişaf baxımından ən dinamik və sürətlə inkişaf edən ölkəyik. Azərbaycanda elə sahə yoxdur ki, orada inkişaf olmasın, gözəl zavodlar, fabriklər, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, aeroportlar tikilir, muzeylər, teatrlar bərpa edilir, yollar salınır. Azərbaycan indi inkişaf dövrünü yaşayır. Biz həmişə onu da yadda saxlamalıyıq ki, bu gözəl imkanları bizə ulu öndərin siyasəti yaratdı. Məhz onun Azərbaycana rəhbərliyə qayıdışından sonra bütün xoşagəlməz meyillər artıq keçmişdə qaldı və ölkə uğurla inkişaf etməyə başladı. İqtisadi islahatlar, siyasi islahatlar, quruculuq-abadlıq işləri, neft strategiyamız bu gün bizə imkan verir ki, bütün məsələlər öz həllini tapsın və belə gözəl komplekslərin tikintisi də mümkün olsun. Bundan sonra Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl yaşasınlar, rifah içində yaşasınlar. Mənim də məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik. Bütün Azərbaycan xalqı indi quruculuq işləri ilə məşğuldur. Bütün Azərbaycan xalqı ölkəmizin inkişafında fəal iştirak edir, o cümlədən qazaxlılar da.

Mən bu gözəl gündə bir daha demək istəyirəm ki, indiyədək görülən işlər çox sevindiricidir. Bizim çox böyük planlarımız var. İldən-ilə ölkəmiz daha da güclənəcək, bütün sahələrdə inkişaf gedəcək və Azərbaycan qüdrətli dövlətə çevriləcəkdir.

Əziz bacılar və qardaşlar, çox sevinirəm ki, bu gün yenidən Qazaxdayam. Çox sevinirəm ki, olduqca gözəl əsər yaradılmışdır. Qazaxlılar da bundan istifadə edəcəklər. Çox sevinirəm ki, Qazax şəhərində, qədim Azərbaycan torpağında gözəl quruculuq, abadlıq işləri gedir. Bu münasibətlə mən sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, həyatınızda hər şey yaxşı olsun. Arzu edirəm ki, həmişə sevinc içində yaşayasınız, həmişə əmin-amanlıq, sabitlik olsun, ölkəmiz çiçəklənsin, inkişaf etsin, Azərbaycan xalqı irəliyə getsin.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər