Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər
Astana, 28 oktyabr, AZƏRTAC
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarük edilməsi imkanını nəzərdən keçirir.
AZƏRTAC qazax mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq satış bazarlarını genişləndirməkdə maraqlıdır və tərəfdaşlara mütəmadi olaraq Qazaxıstan uranının alınması imkanını nəzərdən keçirməyi təklif edir.
Oktyabrın 28-də Finlandiya Prezidenti Aleksandr Stubbun dövlət başçısı qismində Qazaxıstana ilk rəsmi səfəri çərçivəsində qarşılanma mərasimi keçirilib.
“Bu səfər belə tədarüklərin həcmi və imkanları üzrə praktiki danışıqlar aparmaq üçün çox yaxşı fürsətdir”, – deyə Almasadam Satkaliyev sözlərini yekunlaşdırıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]